Abşeron Tarix-Diyarşünaslıq muzeyi ilə tanışlıq

 

Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Abşeron Tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısını burada ehtiramla qarşıladılar. Direktor Yeganə Mənsimova məlumat verdi ki, Tarix-diyarşünaslıq muzeyi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Bina bu ilin əvvəllərində təmir olunmuşdur. Burada minlərlə eksponat vardır. Bunların xeylisi nadir eksponatlardır Abşeronun, ümumən rayonun qədim tarixini, məişətini, mədəniyyətini əks etdirir. Muzeydə Balaxanıda ilk neftin çıxarılması, Hacı Zeynalabdin Tağıyevin digər neft milyonçularının fəaliyyəti, Abşeronun inkişafı, bu torpaqda doğulmuş görkəmli şəxsiyyətlər, eləcə köhnə Bakı barədə fotoşəkillər dəyərli sənədlər toplanmışdır. Muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətini, o cümlədən Abşeron rayonunda olmasını əks etdirən xüsusi bölmə vardır.
Prezident İlham Əliyev rayonun tanınmış şəxslərinin tərcümeyi-halı ilə maraqlandı, qədim dövrlərə orta əsrlərə aid məişət, kənd təsərrüfatı alətlərinə, hərbi silah-sursata baxdı, bunların böyük əhəmiyyət daşıdığını, Abşeronun qədim tarixə malik olmasını sübut etdiyini vurğuladı.

 

Xalq qəzeti.-2006.-13 sentyabr.- S. 3.