Heydər Əliyev muzeyinin
açılışı
Sentyabrın 12-də Xırdalan qəsəbəsindəki Heydər
parkında ulu öndərin adını
daşıyan muzeyin təntənəli açılış
mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham
Əliyev rəmzi açılışı bildirən
lenti kəsdi.
Muzeyin direktoru Tükəzban Həsənova
dövlətimizin başçısına
məlumat verdi
ki, 10 bölmədən
ibarət muzey dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi
ilə yaradılmışdır.
Burada ulu öndərin uşaqlıq
və gənclik illərini, təhlükəsizlik
orqanlarında fəaliyyətini,
Azərbaycana rəhbərliyinin
ilk dövrünü, 1981-ci ildə Abşeron rayonuna gəlməsini, müstəqil Azərbaycan
dövlətinə rəhbərlik
illərini, kənd təsərrüfatının, sənayenin inkişafına,
milli-mənəvi dəyərlərimizin
qorunmasına, ordu quruculuğuna, mədəniyyətə
və idmana qayğısını, yeni
neft strategiyasının
həyata keçirilməsini,
xarici ölkələrə
rəsmi səfərlərini,
tanınmış dövlət
xadimləri və siyasətçilərlə görüşlərini,
2001-ci ildə Abşeron
rayonunda istifadəyə
verilən obyektlərin
açılış mərasimində
iştirakını əks
etdirən çoxsaylı
fotoşəkil və
eksponat toplanmışdır.
Muzeydə ümummilli liderin
büstü də qoyulmuş, Abşeron rayonunda olmasını əks etdirən xüsusi fotoalbom hazırlanmışdır.
Prezident İlham Əliyev muzeyin ayrı-ayrı guşələri
ilə
Sonra dövlətimizin
başçısı muzeyin
xatirə kitabına ürək sözlərini
yazdı:
“Heydər Əliyev muzeyində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər bir daha göstərir ki, bütün dövrlərdə Heydər
Əliyev doğma xalqına sədaqətlə
xidmət etmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafına böyük
diqqət göstərmişdir.
Bu gün Abşeron
rayonu uğurla inkişaf edir, burada quruculuq, abadlıq işləri sürətlə gedir.
Əminəm ki, bundan sonra da abşeronlular,
həmişə olduğu
kimi, doğma Vətənimizin inkişafına
öz töhfələrini
verəcəklər.
İlham
ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti"
* * *
Rayon ictimaiyyəti adından
xatirə olaraq Prezident İlham Əliyevə Hökməli
xalçaçılarının toxuduqları, üzərində
dövlətimizin başçısının
portreti olan xalça təqdim edildi.