Həsənli C.
İlham Əliyev
"Təzəpir" məscidinə
baş çəkib
Dövlət başçısı
ziyarətgahda aparılan
təmir işləri
ilə
Dünən prezident İlham Əliyev "Təzəpir"
məscidinə baş
çəkib. Dövlət başçısı məsciddə
və onun ətrafında aparılan
təmir, tikinti, abadlıq işləri ilə
Məsciddə İ.Əliyevə məlumat
verilib ki, yüzdən artıq yaşı olan bu ibadətgah müstəqillik dövründə
bir neçə dəfə təmir olunsa da, binanın
köhnəliyi onun orijinal vəziyyətdə
saxlanmasına imkan vermir. Bununla yanaşı,
Bakıda baş vermiş zəlzələ
nəticəsində günbəzdə
çat əmələ
gəlib ki, günbəz nəhəng
çilçırağm ağırlığına
tab gətirmir. Prezidentin nəzərinə
çatdırılıb ki,
40-cı illərdə məscid
kinoteatra çevrilərkən
günbəzin daxili tavanındakı Quran ayəsi pozularaq, üzərinə müxtəlif
naxışlar vurulub.
Bərpaçılar həmin hissədə
yenidən işlənəcək
elementin eskizini İ.Əliyevə təqdim
edib.
İ.Əliyev öz növbəsində
məscidin yüksək
səviyyədə təmiri
üçün tapşırıqlar
verib. Binanın fasadında aparılan
təmir işləri
ilə tamş olan dövlət başçısı bu memarlıq abidəsinin daha baxımlı olması üçün
tövsiyələrini verib.
O, məscid ətrafinda tikilən yeni korpuslara da baxış keçirib. Qeyd edək ki, Qafqaz Müsəlmanları
İdarəsinin yerləşəcəyi
korpusun birinci mərtəbəsi ziyarətçilərə
müxtəlif xidmətlər
göstərən otaqlardan
ibarət olacaq. Kompleksin digər otaqlarında qonaq otaqları, onun qarşısındakı
geniş zalda isə müxtəlif mərasimlərin keçirilməsi
üçün bütün
şərait yaradılacaq.
Daha bir korpus isə
İslam Universiteti üçün nəzərdə
tutulub. Prezident ziyarətgahın layihə-smeta
sənədləri, həmçinin
yeni binaların fasad hissələrinin müxtəlif istiqamətlərdən
görüntüsünün eskizi ilə də
Həftə içi.- 2006.-
22 sentyabr.- S. 1-2.