Qədim “Daş
körpü”də bərpa işləri aparılır
Qala divarlarının 8
metrlık hissəsi torpağın altında qalıb
Şəmkir rayonunda 40-a yaxın tarixi abidə mövcuddur. Bu abidələr
sırasında ən
qədimi Şəmkir
şəhər xarabalığı,
ən möhtəşəmi
isə XVII əsrə
aid edilən Şəmkir
qalasıdır.
Rayon Mədəniyyət
və Turizm idarəsinin rəisi Hidayət Məmmədovun
APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hazırda Şəmkir qalasına gedən yolda, Şəmkir çayı üzərindən
keçən "Daş
körpü" adlanan
qədim körpüdə
bərpa işləri
aparılır. "Ötən il Mədəniyyət və
Turizm Nazirliyinin icazəsiylə Azərbaycan
Milli Elmlər Akademiyasının nümayəndələri
Şəmkir qalasında
tədqiqatlar aparıb.
Tədqiqat zamanı məlum
olub ki, qala divarlarının 8 metrlik hissəsi torpağın altında qalıb. Əgər,
qazıntı işləri
aparılarsa, o zaman bu möhtəşəm
abidənin əvvəlki
görkəmi tam bərpa olunar". Hidayər Məmmədovun
sözlərinə görə,
2004-cü ildə AMEA-nın
nümayəndələri Zəyəm
çayında və
Qaracəmilli kəndi
yaxınlığında arxeoloji
qazıntılar aparıblar.
Qazıntılar zamanı
Zəyəm çay yatağında eradan əvvəl 3-4-cü əsrlərə
aid olan nekropol aşkar edilib və bu nekropola "Zəyəm nekropolu" adı verilib.
Şərq.- 2007.- 20 aprel.- S. 14.