Qədim yaşayış məskənləri erməniləşdirilir
Əbülfəs Qarayev: "Prosesin qarşısını
almaq üçün
Azərbaycanın təzyiq
gücü yoxdur"
"İşğal edilmiş torpaqlarda və Qərbi Azərbaycanda arxeoloyi qazıntıların aparılması,
tarixi-mədəni abidələrin erməniləşdirilməsi
prosesinin qarşısını
almaq üçün
Azərbaycanın təzyiq
gücü yoxdur".
Bunu deyən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə,
ermənilərin tarix
və mədəniyyətimizə
qəsdi bu gün də davam etdirilir: "Belə faktlarla tez-tez rastlaşırıq,
məscidlərimiz dəyişdirilərək
kilsəyə çevrilir,
qədim yaşayış
məskənləri bərpa
adı ilə erməniləşdirilir, erməni
memarlıq abidəsi nümunələri adlandırılır".
Buna qarşı mübarizə
üsullarının beynəlxalq
təşkilatlara etiraz,
internet səhifələrində,
mətbuatda faktların
ictimaiyyətə çatdırılması
ilə yekunlaşdığını
deyən nazir hələlik bundan başqa təzyiq vasitəsinin olmadığını
vurğulayıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi mayda Azərbaycana səfər edəcək Avropa Komissiyasının nümayəndələrinə
və YUNESKO-ya işğal olunmuş torpaqlarımızda memarlıq
və mədəni irsin dağıdılması
ilə bağlı faktlar təqdim etməyə hazırlaşır. Ə.Qarayevin
fikrincə, artıq faktlar toplanıb və ingilis dilinə tərcümə
edilib. Nazirin sözlərinə görə,
beynəlxalq qurumlara təqdim ediləcək faktlar arasında Şuşada "yenidənqurma"
adı ilə aparılan dağıntı
işləri, Ağdamda
aparılan arxeoloyi qazıntılar və digər məlumatlar var: "Burada söhbət yalnız bu gündən getmir, bütünlüklə
Azərbaycan mədəni
irsinə təcavüzdən,
mövcud vəziyyətdən
gedir. Proses bu gün də
davam edir və ona nəzarət
etmək çox çətindir".
Kaspi.-2007.-4
aprel.-S.17.