Milli mədəniyyət abidələrinə böyük
qayğı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu il aprelin 2-də ölkəmizdəki monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və
memarlıq kompleksləri
haqqında Sərəncam
imzalamışdır.
Milli-mənəvi dəyərlərimizə,
qədim və zəngin mədəniyyətimizə,
xalqımızın tarixi
keçmişinə ehtiramın
ifadəsi olan, ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin
əsasını təşkil
edən azərbaycançılıq
məfkurəsinin təbliğini
ön plana çəkən bu
mühüm sənəd memarlıq
incilərimizin qorunması,
onların bədii-estetik
səviyyəsinin yüksəldilməsi
sahəsində təxirəsalınmaz
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tutur.
Sərəncamda qeyd edilir ki, ölkəmizin
müxtəlif guşələrində
ucaldılan monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial
və memarlıq kompleksləri bu gün artıq şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir.
Yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu
əsərlər Azərbaycan
heykəltəraşlıq və memarlıq sənətinin gözəl
nümunələridir.
Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində
öz əksini tapmış heykəltəraşlığın
qədim tarixi vardır. Ayrı-ayrı dövrlərdə milli heykəltəraşlıq
və memarlıq komplekslərinin qiymətli
inciləri yaradılmışdır.
Öz dəst-xətti, zəngin
bədii ənənələri
ilə seçilən
Azərbaycan heykəltəraşlığının
müasir siması ötən əsrin 20-ci illərindən etibarən
formalaşmış və
sürətli inkişaf
yolu keçmişdir.
Bu müddət ərzində şəhər
və park heykəltəraşlığının
diqqətəlayiq abidələri,
mühüm ictimai hadisələrin
və tanınmış
şəxsiyyətlərin şərəfinə bir sıra molumentlər ucaldılmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli,
Mirzə Fətəli
Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli
heykəltəraşlıq xəzinəsini zənginləşdirən
möhtəşəm abidələri
Bakının memarlıq
mənzərəsini ahəngdar
şəkildə tamamlamış
və ona xüsusi görkəm vermişdir.
Öz müstəqilliyini bərpa
edən Azərbaycan Respublikasında ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda şəhid
olmuş qəhrəman
Vətən övladlarının
xatirəsinin əbədiləşdirilməsi
istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızın hər bir bölgəsində
şəhidlərin xatirəsinə
abidə-komplekslər ucaldılmışdır.
Monumental heykəltəraşlıq
xəzinəmizin qızıl
fonduna daxil olmuş bütün bu abidələr, xatirə-memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti
və estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər
insanların tarixi-mənəvi
dəyərlərə hörmət
və məhəbbət
ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin
gücləndirilməsində böyük əhəmiyyət
kəsb edir.
Bununla yanaşı, azərbaycançılıq
məfkurəsinə keçid
istiqamətində bu sahədə görülən
işlərin hazırkı
səviyyəsi qənaətbəxş
sayıla bilməz. Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik
kompleksinin yaradılması
ilə bağlı müxtəlif müsabiqələr
keçirilməsinə baxmayaraq,
heykəltəraşlıq və rəssamlığımızda
xalqımızın mənəvi-estetik
dəyərlərinə uyğun
Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır.
Vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ
formalaşmış Şəhidlər
xiyabanının ümumi
görkəminin memarlıq
baxımından yenidən
işlənməsinə ciddi
ehtiyac duyulur. Əsasən, XX əsrdə ucaldılmış
və görünüşü
bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin
meyarlarına uyğunlaşdırılması
zərurəti meydana çıxmışdır. Həmçinin, zaman keçdikcə
müxtəlif təbii
proseslərin təsiri
abidələrə diqqət
göstərilməsini və
qayğı ilə yanaşılmasını tələb
edir.
Azərbaycanda monumental heykəltəraşlıq
abidələrinin, xatirə-memorial
və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəminin
milli-mənəvi dəyərlərə
uyğunlaşdırılmasını, habelə yerləşdikləri
ərazilərin abadlaşdırılmasını
təmin etmək məqsədi ilə dövlətimizin başçısının
qəbul etdiyi qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti qurumlarla birlikdə Şəhidlər
xiyabanı xatirə-memarlıq
kompleksinin yeni layihəsinə dair təkliflər hazırlayıb
bir ay müddətində
ölkə prezidentinə
təqdim etməlidir.
Sərəncamda Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılmışdır
ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər
şəhər və
kəndlərdə ucaldılmış
monumental heykəltəraşlıq abidələri, xatirə-memorial
və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması
üçün müvafiq
tədbirləri həyata
keçirərək görülən
işlər haqqında
hesabatı və bu istiqamətdə gələcək fəaliyyət
proqramının layihəsini
bu il sentyabra
qədər ölkə
prezidentinə təqdim
etsin. Azərbaycan Dövlət İncəsənət
Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılmasını
təmin etsin, yerli icra hakimiyyəti
orqanları ilə birlikdə respublikanın
park, bağ və digər istirahət zonalarındakı abidə,
büst, barelyef və digər heykəltəraşlıq və
xatirə-memorial əsərlərinin
vəziyyətini araşdırıb
müvafiq təkliflər
hazırlasın və
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin. Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının
təklifləri əsasında
azərbaycançılıq məfkurəsinin tələblərinə
uyğun ucaldılması
zəruri sayılan abidələr və komplekslərlə bağlı
təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin
"Dədə Qorqud
heykəli və "Dədə Qorqud dünyası" tarix -etnoqrafik kompleksinin yaradılması haqqında"
fərmanının icrasını
təmin etmək üçün müvafiq
tədbirlər görməli,
sərəncamdan irəlt
gələn digər məsələləri həll
etməlidir.
Azərbaycan işıqları.- 2007.- 4 aprel.- S. 1.