Əkbər E.
Tarixi abidələrimiz necə
qorunur
Aprel ayının 18-i Tarixi
Abidələrin Mühafizəsi günüdür
Bu gün YUNESKONUN abidələrin və diqqətə layiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şunasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr - məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və sairə tarixi keçmişimizin tarixi yadigarlarıdır. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Bu sahədə Azərbaycanın bəxti gətirmişdir. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurt, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə-Xatun, Yusif ibn Kuseyr, Olçaytu, Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhənağa məscidi, Cümə məscidi, Təzə pir məscidi kimi dini ibadətgahlarımız, Həştbehşt, Şirvanşahlar, İrəvan Sərdar sarayı, Şəki Xan sarayı kimi nadir memarlıq abidələrimiz də bu qəbildəndirlər. Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni tarixi abidələrimiz - Azıx və Tağlar mağanaları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi-mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş edilmişdi. Bir çox ölkələrdə tarixi abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Məsələn, Fransada hətta arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi yerlərin təbii landşaftı olduğu kimi bərpa. olunur. Böyük Britaniyanın şimalında da Roma imperatoru Adrianın dövründə imperiyanın sərhədlərini qorumaq məqsədi ilə çəkilmiş məşhur Adrian sədləri olduğu kimi qorunub saxlanır. Sovet hakimiyyəti illərində Azərbaycanda tarixi memarlıq abidələrinə dövlət səviyyəsində laqeyd münasibət olmuşdur. Bir çox nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb-dağıdılmış, xeyli memarlıq abidələri, maddi-mədəniyyət nümunələri isə erməni saxtakarlığına məruz qalaraq özgəninkiləşdirmişdi. Hazırda erməni işğalı altında, olan ənazilərimizdəki memarlıq abidələri üzərində də bu cür saxta "əməliyyatlar" aparılmaqdadır. Erməni vandalları Şuşa şəhərini işğal edərkən Üzeyir bəyin, Natəvanın, Bülbülün tunc heykəllərini belə avtomat atəşinə tutmaqdan çəkinməmişlər. Azərbaycan müstəqillik əldə etdikdən sonna bu məsələyə münasibət dəyişmişdi. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış "Mədəni irsin qorunmasına yardım haqqında" sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə-Xatun və Qarabağlılar türbələrində, Şəki Xanlarının sarayında bərpa və yenidənqurma işləri aparılmışdır. 2002-ci ildə respublikamız abidələrin bərpası və tədqiqi beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray kompleksi və Qız Qalası da daxil olmaqla İçərişəhər dövlət tarixi və memarlıq kompleksi YUNESKO-nun "Dünya mədəniyyəti irsi" siyahısına daxil edilmişdir.
Tarixi arayış: Birinci Qarabağ müharibəsi
nəticəsində Ermənistanın
işğalı altında
qalan torpaqlarımızda
500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və
əlyazmalar saxlanılan
927 kitabxana, 808 klub, 10
istirahət və mədəniyyət parkı, 85 musiqi
və incəsənət
məktəbi, 20 mədəniyyət
sarayı, 4 dövlət
teatrı qalmışdır. İşğal
altında olan ərazilərimizdə xalqımızın
keçmişi və bu gününü əks etdirən 1852
mədəniyyət və incəsənət abidəsi
erməni
vandalizminin təcavüzünə məruz qalmışdır.
Nəticədə tariximiz üçün
mühüm əhəmiyyət kəsb edən, milli
özünəməxsusluğu özündə əks
etdirən minlərlə tarixi və arxeoloji abidələrimiz
məhv edilmişdir.
İmpuls.- 2007.- 6 aprel.- S. 14.