Xəlilzadə F.

 

Maddi və mənəvi həyatın güzgüsü

 

Dünya tərəqqi etdikcə ətraf mühitə, xüsusilə də memarlıq abidələrinə yeni baxış, münasibət yaranır. Hər bir memarlıq abidəsi öz varlığında təkcə doğulduğu tarixi deyil, həm məxsus olduğu dövrün mədəni mühitini, maddi imkanını, yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir. Memarlıq abidələrinin mühafizəsi həm maddi mənəvi həyatımızın güzgüsünü hifz etməklə onu gələcək nəslə çatdırmaq deməkdir.
Bu gün dünyanın diqqəti abidələrin mühafizəsinə yönəlib. Təbii ki, Azərbaycan dövləti milli mədəniyyətimizin müxtəlif məqamlarını özündə əks etdirən abidələrin qorunmasında, bərpasında gələcək nəsillərə çatdırılmasında maraqlıdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sahədə müxtəlif tədbirlər həyata keçirilib. Heydər Əliyev siyasi kursunin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev Azərbaycan abidələrinin taleyi ilə bağlı dəfələrlə müxtəlif sərəncamlar imzalayıb, bir sıra tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı olub.
Azərbaycanda memarlıq sənətinin ilk elementləri, bildiyimiz kimi, Qobustan qaya təsvirlərində Gəmiqayada öz əksini tapmışdır. Bu, həm onu sübuta yetirmişdir ki, Azərbaycan qədim mədəniyyət beşiklərindən biridir. XII əsrdə yaşamış memar Əcəminin bu günümüzə qədər gəlib çıxmış abidələri, müxtəlif bölgələrimizdə ucaldılmış saraylar maddi-mədəniyyət sərvətlərimizin ən gözəl nümunələridir. Doğrudur, sovet hakimiyyətinin ilk illərində bir sıra tarixi binalarımız, abidələrimiz, xüsusilə məqbərələrimiz, məscidlərimiz dağıdılmışdır. Var-dövləti, əmlakı talan edilib uzaqlara aparılan, bizə ancaq içi boş divarları qalmış Şəki Xan sarayı, Şirvanşahlar sarayı başqa tarixi binaların özləri elə bir abidədir. Onlar yalnız Azərbaycanın deyil, dünya mədəniyyətinin inciləri sayılırlar. Yeddi il öncə İçərişəhər YUNESKO-nun Dünya İrs Siyahısına salınmış bir abidədir. Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyev İçərişəhərin mühafizəsi ilə bağlı vaxtilə bir neçə dəfə sərəncam imzalamışdır. Ötən il avqustun 18- Prezident İlham Əliyev "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası qorunması haqqında" sərəncam imzalamışdır. İçərişəhərlə bağlı imzalanan bütün sərəncamlarda Bakının nadir tarixi memarlıq abidələri ilə bağlı bir sıra ciddi məsələlər qaldırılaraq əlaqədar təşkilatların diqqətinə çatdırılmışdır. Bu da səbəbsiz deyildir. Təkcə İçərişəhərdə 50-dən artıq memarlıq maddi mədəniyyət abidələri vardır. Bu ərazinin mühafizəsi çox vacibdir. Təəssüf ki, İçərişəhərin taleyi ilə bağlı çalınan həyəcan təbilinə bəzi hallarda laqeyd yanaşılıb. Bu səbəbdən onun tarixi siması pozulub. Cənab İlham Əliyevin sərəncamı ilə əlaqədar müəyyən strukturlar, aidiyyəti təşkilatlar İçərişəhəri qorumaq üçün onun mühafizəsi ilə bağlı yeni tədbirlər üzərində düşünməlidirlər.
Hər bir abidə tarixin əks-sədasıdır. Amma onlar illəri, əsrləri, müəyyən təbii prosesləri, quruluş dəyişmələrini adladıqca müəyyən deformasiyaya məruz qalır, sökülür, dağılır, sıradan çıxır. Bu səbəbdən hər bir abidənin insan əlinin sığalına ehtiyacı var. Prezident İlham Əliyev 2 aprel 2007-ci ildə "Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə, memorial memarlıq kompleksləri haqqında" sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: "Ölkəmizin müxtəlif guşələrində ucaldılan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial memarlıq kompleksləri bu gün artıq şəhər kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik dəyərə malik olan, milli-mənəvi irsə tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq memarlıq sənətinin gözəl nümunələridir".
Məlumdur ki, monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün abidələrin mühafizəsi bərpası ilə bağlı ölkə başçısı aidiyyəti təşkilatların qarşısında konkret vəzifələr qoymuşdur. Həmin sərəncamda önəmli cəhətlərdən biri budur ki, cənab İlham Əliyev XX əsrdə ucaldılmış, lakin görünüşü bugünkü dövrdə bizi qane etməyən, yəni dünya standartlarına uyğun olmayan bəzi xatirə komplekslərinin Azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılmasının zəruri olduğunu qeyd etmişdir. Həmin sərəncamda yeni tarixi-etnoqrafik abidələrin yaradılması nəzərdə tutulmuşdur.
Ermənilərin 1988-ci ildən başlayan torpaq iddiaları Zəngəzur, Dərələyəz, İrəvan, Göyçə, Vedibasar... bölgələrindəki tarixi abidələrin zəbtinə, sıradan çıxmasına, adlarının dəyişdirilməsinə səbəb oldu. 20 faiz Azərbaycan torpaqlarının işğalı nəticəsində oradakı abidələrin, maddi mədəniyyət ocaqlarının talan olunmasına, məhvinə gətirib çıxardı. Ermənilərin zəbt etdikləri ərazilərimizdə ayrı-ayrı tarix mədəniyyət abidələrinin dəyəri mövcud vəziyyəti haqqında tamamilə dəqiq məlumat yoxdur. Bu gün dünya abidələrin beynəlxalq mühafizəsi barəsində düşünür. Çox təzadlı məqamdır. İndi Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus yüzlərlə mədəniyyət abidələri var idi ki, ermənilər onların bir hissəsini dağıdıb. Bəzilərinin adlarını dəyişdirərək tarixini saxtalaşdırıblar. Bu, adi hərəkət deyil, qəsdən törədilmiş cinayətdir. Bu məsələlərə beynəlxalq təşkilatlar öz qəti münasibətini bildirməlidir.
İşğal olunmuş ərazilərdə qalan abidələr dünya, respublika yerli əhəmiyyətlidir. Araşdırmalar göstərir ki, ermənilərin caynaqlarına keçirdiyi rayonlarımızda 7 dünya əhəmiyyətli, 206 respublika əhəmiyyətli, 333 yerli əhəmiyyətli tarixi mədəniyyət abidəsi vardır. Onlardan bəziləri haqqında qısa məlumat vermək istərdik.
Füzuli şəhərinin 14 kilometr qərbində yerləşmiş Azıx mağarası bizim eradan əvvəl yaradılmışdır. Bu qeyri-adi mağara dünyanın ən qədim yaşayış məskəni sayılırdı. Aparılan araşdırmalar nəticəsində məlumdur ki, Azıx mağarasının sakinləri əcdadlarımız olub. Təəssüf ki, dünya əhəmiyyətli bu tarixi yerdən indi ermənilər silah anbarı kimi istifadə edirlər. Şuşa özü tarix-memarlıq qoruğu kimi hifz edilirdi dünya əhəmiyyətli şəhər-abidə sayılırdı. İndi orada ermənilər bütün tarixi abidələri yerlə-yeksan edərək yeni Şuşa qurmağa cəhd göstərirlər. Eləcə Ağdam rayonundakı Xaçın türbəsi (1314), Cəbrayıldakı iki Tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 Tağlı Xudafərin körpüsü (XIII əsr), Kəlbəcər rayonundakı Gəncəsər monastrı (1238-ci il) dünya əhəmiyyətli tarix mədəniyyət abidələridir. Biz indi onların taleyindən xəbərsizik.
Bütövlükdə Ağdamda 44, Qubadlıda 31, Zəngilanda 12, Kəlbəcərdə 39, Laçında 54, Füzulidə 52, Xocalıda 16, Xocavənddə 53, Cəbrayılda 16, Şuşada 228 (1 dünya, 110 respublika, 117 yerli əhəmiyyətli), Xankəndidə 1 tarix mədəniyyət abidəsi işğal edilmişdir. Zəbt olunmuş rayonların ərazilərində 10 mədəniyyət evi, 55 klub, 33 şəhər, 11 uşaq, 691 kənd kitabxanaları, 18 muzey, 4 mədəniyyət istirahət parkı, 48 uşaq musiqi, incəsənt rəssamlıq məktəbi, 3 teatr 3 rəsm qalereyası qalıb.
Dünya bu gün abidələrin beynəlxalq mühafizəsini qeyd edir. Bəs biz necə?!

Azərbaycan.-2007.-18 aprel.-S.8.