Aleksandr Düma Qafqazda beynəlxalq mədəni-tarixi marşrutunun təqdimatı
olmuşdur
AzərTAc xəbər
verir ki, aprelin 18-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Turizm və səyahətlər"
VI Beynəlxalq sərgisi
və 1-ci Azərbaycan
beynəlxalq "Mehmanxana
biznesi" sərgisi açılmışdır. "İteka Kaspian" şirkətinin, Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Ticarət və Sənaye Palatasının təşkil etdikləri sərgilərdə
18 ölkənin 40-dan çox
şirkəti təmsil
olunmuşdur.
Açılış mərasimində
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, turizm sektorunun inkişafı respublika rəhbərliyi tərəfindən
iqtisadiyyatın öncül
istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir.
Sahənin hərtərəfli
inkişafı, ölkəmizin
turizm imicinin yüksəldilməsi məqsədi
ilə yaraşıqlı
istirahət obyektləri
ucaldılır, bölgələrdə
infrastruktur təkmilləşdirilir.
Hazırda 25 hotel tikilməkdədir. Ölkəmizin
bütün mehmanxana obyektləri lisenziyalaşdırılacaq,
onlara "ulduz" dərəcəsi göstərilməklə,
sertifikatlar veriləcəkdir.
Azərbaycana gələn
turistlərin sayı ilbəil artır. Ə.Qarayev bildirmişdir ki, yaxın 10 ildə 3 milyondan çox qonaq gözlənilir.
Nazir Bakı sərgisinin siyasi əks-sədasından danışarkən qeyd etmişdir ki, ilk dəfə "Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir"
adlı ayrıca ekspozisiya təqdim olunacaqdır.
"Mehmanxana biznesi"
sərgisinin iştirakçıları
arasında mehmanxanalar,
konqres-hollar, istirahət
evləri, restoranlar, barlar, klublar və əyləncə mərkəzləri üçün
texnologiyalar, materiallar,
avadanlıq və xidmət istehsalçıları
və tədarükçüləri
var.
Sərgilərin ilk iş günündə
"Aleksandr Düma Qafqazda" beynəlxalq mədəniyyət-turizm marşrutunun təqdimatı
olmuşdur. Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə hazırlanan layihəni Avropa Şurası dəstəkləmişdir.
Avropa İttifaqının
2007-2009-cu illər üçün
nəzərdə tutulan
"Kiyev təşəbbüsü"
regional proqramı çərçivəsində həyata keçiriləcək
layihə Azərbaycan,
Gürcüstan və
Rusiyada turizmin inkişafına yönəldilmişdir.
Layihə 1858-ci ildə
Qafqazda olmuş və səfəri barədə kitab yazmış böyük fransız yazıçısı
Aleksandr Dümanın
səyahətinin marşrutunu
dirçəldəcəkdir.
Marşrut Dağıstanın
Qızlar şəhərindən
başlanıb, Bakı-Quba, Bakı-Şəki istiqamətlərini
əhatə edəcək
və Gürcüstanın
Poti şəhərində
başa çatacaqdır.
Layihənin strategiyası ixtisaslı
bələdçilərin hazırlanmasını, yazıçının
səyahətləri haqqında
sənədli filmlərin
və animasiya filmlərinin çəkilməsini,
informasiya və suvenir məhsullarının
hazırlanmasını, marşrut
boyu "Aleksandr Düma Qafqazda" mehmanxana və restoranlarının açılmasını
nəzərdə
tutur.
Azərbaycan.- 2007.- 19 aprel.- S. 8.