Azərbaycan, Almaniya və Avstriya turizm operatorları mətbuat konfransı keçiriblər

 

Xəbər verdiyimiz kirni, Azərbaycan Respublikasının Almaniya və Avstriyadakı səfirliyinin köməkliyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Almaniyadan 12, Avstriyadan 10 nəfər nümayəndə heyəti aprelin 15-dən Azərbaycanda səfərdədir. Qonaqlar bu müddətdə Azərbaycanın müxtəlif regionlarına səfər ediblər. Tərkibində Almaniya və Avstriyanın tur operatorları və KİV olan heyət şərab istehsal olan regionlarda, Şəkidə, Qubada, Gəncədə səfərdə olublar.

Turlar Azərbaycanı tanıtmaq məqsədi daşıyır. Qeyd edək ki, son zamanlar Almaniya Avstriya ilə əlaqələr daha sürətlə inkişaf edir. Aprelin 18- Bakı Biznes Mərkəzində qonaqların yerli KİV nümayəndələri ilə görüşü təşkil olundu. Öz ölkələrində tanınmış turizm operatorları olan nümayəndələri ilə görüş Azərbaycanda ilk dəfədir ki, keçirilirdi. Mədəniyyət Turizm Nazirliyi turizm şöbəsinin rəisi Aydın İsmiyev bildirdi ki, dövlətlərimiz arasında turizmin inkişafı üçün zəruri ilkin şərtlər mövcuddur. Odur ki, tanışlıq səfərindən müsbət nəticələr gözləmək olar. Sonra qonaqlar barədə yerli mətbuat nümayəndələrinə məlumat verildi. Avstriya nümayəndə heyətinin 10 üzvündən 8-i, almanlardan 12 üzvdən 4-ü turizm şirkətinin təmsilçisi, qalanları isə turizm-biznes mövzusunda yazan jurnalistlər idi. Azərbaycan nümayəndə heyətinə daxil olan turizm şirkətləri 25 nəfərlə iştirak edirdi.

Görüş zamanı qonaqlar xüsusi vurğuladılar ki, səfərdə məqsəd bizim yerli aparıcı tur operatorları ilə birgə danışıqlar aparmaq, birgə layihələr hazırlamaq, mövcud məsələlərlə bağlı sualları müzakirə etməkdir.

Qonaqların bildirdiyinə görə, Azərbaycanın turizm potensialından olduqca razı qalıblar. Onları ən çox regionlarda kənd həyatı cəlb etmişdi. Tədbirdə eyni zamanda Ekologiya Nazirliyində çalışan əcnəbi nümayəndələr çıxış edərək bildirmişdilər ki, onlar artıq il yarımdır ki, bu sahədə əməkdaşlığa dəvət edilmiş Azərbaycan hökuməti üçün işləyirlər. Onlar milli parkın yaranması ilə bağlı işlər görürlər. Parkların hər biri öz-özlüyündə klimatik zonanı canlandırır, nümayiş etdirir. bundan sonra işlənəcək turizm marşrutu milli parkla da əhatə edəcək. Qonaqlar xüsusi vurğulayıblar ki, baxmayaraq Azərbaycan kiçik ölkədir, lakin zəngin təbiətə malikdir. Seminarda iştirak etdikləri üçün qonaqlar Mədəniyyət Turizm Nazirliyinə dərin təşəkkürlərini bildirdilər. Konfransda eyni zamanda yerli turizm agentlikləri öz ləri barəsində qonaqlara məlumat verdilər. Görüşdə Azərbaycanın mənzərəli guşələri haqqında 6 dəqiqəlik film nümayiş etdirildi.

 

Kino+.- 2007.- 20 aprel.- S. 3.