Babək

 

Mehmanxana və Hotelçilik Assosiyasası yaradılacaq

 

Əbülfəs Qarayev: "Azərbaycandan xaricə gedən turistlərin sayı 7-10 faiz artıb"

 

Dünən Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq ölkəmizdə 6-cı dəfədir ki, təşkil edilən Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" Sərgisi öz işinə başlayıb.

Dünyanın 18 ölkəsindən 40-dan çox şirkətin iştirak etdiyi sərgi ötən illə müqayisədə ekspozisiya sahəsini 25 faiz artırıb. Bu sərgidə Bolqarıstan, Çin və Tatarıstan kimi ölkələr ilk dəfə iştirak edirlər.

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin ölkə turizm infrastrukturunun inkişafına xüsusi diqqət yetirdiyini bildirərək, onun bu sahəni iqtisadiyyatın prioritet istiqamətlərdin biri kimi elan etdiyini diqqətə çatdıb: "Bu gün Azərbaycanda turizmin demək olar ki, bütün növləri var bunlan arasında mədəniyyət, ekologiya ekstremal turizm sahələri xüsusi yer tutur. Ölkə başçısının sərəncamı ilə Mədəniyyət Turizm Nazirliyinin yaradılmasından sonra Azərbaycanın zəngin mədəniyyətinin turizm vasitəsilə dünyaya yayılması təbliğ edilməsi üçün böyük işlər görülür".

Qeyd olunub ki, ölkəmizə gələn turistlərin sayı artır. Keçən il Azərbaycana 920 mindən artıq turist gəlib. Getdikcə bu rəqəm daha da artacaq. Yataq yerlərinin sayının çoxaldılması üçün yeni mehmanxanaların tikintisi nəzərdə tutulub hazırda 25 mehmanxananın tikintisi davam edir. Əgər 2002-ci ildə ölkədə mehmanxana mehmanxana tipli obyektlərin sayı 94 olubsa, 2006-cı ildə bu rəqəm 284-ə çatıb. Eyni zamanda Azərbaycandan xaricə müxtəlif məqsədlər üçün gedən insanların sayında da artım müşahidə edilir. Belə ki, keçən il əvvəlki illərlə müqayisədə xarici ölkələrə üz tutan azərbaycanlıların sayı 7-10 faiz artaraq 1,4 mln-a çatıb. Ə.Qarayev qeyd edib ki, hazırda dünyanın bir çox ölkələri Azərbaycanın sosial-iqtisadi vəziyyətinin sürətlə inkişaf etdiyini nəzərə alaraq ölkəmizdə potensial turizm bazarının axtarılması məqsədilə böyük işlər görürlər: "Bu sərgidə 18 ölkənin təmsilçilərinin olması buna əyani sübutdur". Nazir bu il keçirilən sərginin  xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, ilk dəfə olaraq sərgi çərçivəsində yeni layihə olan "Hotel Biznesi" üzrə I Azərbaycan HOTEL EXPO sərgisinin keçirilməsinin mehmanxana hotelçilik işinin təkmilləşdirilməsi üçün böyük əhəmiyyəti olduğunu söyləyib. Qeyd edək ki, bu sərgini təşkil etmək fikri Azərbaycanda turizm sektorunun fəal inkişafı bunun nəticəsində yeni mehmanxanalar düşərgələrin tikilişi, mövcud mehmanxanaların bərpası ilə əlaqədar meydana gəlib İlk sərgidə isə 14 şirkət iştirak edir. Göründüyü kimi debütünə baxmayaraq, sərgi aparıcı xarici istehsalçıların böyük marağına səbəb olub sonrakı illərdə iştirakçıların sayının artacağı şübhəsizdir. Xidmətlərin səviyyəsini artırmaq üçün dövlət tərəfindən lisenziyalaşdırma sertifikatlaşdırma işinin aparıldığını diqqətə çatdıran Ə.Qarayev bu yaxınlarda Mehmanxana Hotelçilik Assosiasiyasının yaradılacağını da söyləyib.

Nazirin sözlərinə görə, bu ilki sərginin daha bir diqqət çəkən tərəfi onun böyük siyasi əhəmiyyət daşımasıdır: "Bildiyiniz kimi bədnam qonşularımız Dağlıq Qarabağa guya turistik səfərlərin təşkilinə dair elanlar müxtəlif nəşriyyat materialları hazırlayırlar. Bu sərgidə ilk dəfə olaraq Dağlıq Qarabağ turizmini geniş təmsil edən stend nümayiş olunur. Əsas məqsəd həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq Dağlıq Qarabağ ərazisinin Azərbaycanın ayrılmaz ərazisi olduğunu göstərməkdir".

Ə. Qarayev çıxışında turizmin inkişafı ilə bağdövlət proqramının hazırlanmasına da toxunub. Onun söztərinə görə, sözügedən proqram artıq ictimai təşkilatlara təqdim olunub. Proqrama uyğun olaraq növbəti 10 il müddətində Azərbaycana gələn turistlərin 3 mlndan çox olan rəqəmə çatdırılması gözlənilir: "Bunun üçün prezidentin göstərişinə uyğun olaraq böyük layihələrin həyata keçirilməsinə başlanıb. Yataq yerlərinin özəl turist şirkətlərinin sayının artması, turizm infrastrukturunun inkişaf etdirilməsi qısa bir zaman müddətində məqsədimizə nail olacağımızı deməyə əsas verir.

Sərgidə həmçinin "Babaların zəfər yolu" layihəsi təqdim olunub. Qeyd edək ki, layihə Azərbaycanla Türkiyə arasında "Babaların tarixi zəfər şəhadət yolu" adlı beynəlxalq turizm marşrutunun yaradılması ilə bağlıdır.

Sərgi zamanı yerli xarici turizm sektorları üzrə təqdim olunan məhsullar sırasında milli regional turizm təşkilatları, turizm operatorları turizm agentləri, hava yolları agentlikləri, mehrnanxanalar, pansionatlar, sanatoriyalar, avadanlıq, təyyarə biletlərinin sifarişi satışı, fəal sərgüzəştli istirahət, təhsil turizmi, uşaqlar üçün turizm s. var.

 

Paritet.- 2007.- 19-20 aprel.- S. 11.