Bakıda turizmə
dair beynəlxalq
seminar keçirilir
Aprelin 16-da
Bakıda "Turizm marketinqi və reklam texnikası" mövzusunda ikigünlük
beynəlxalq seminar başlanmışdır.
Azərbaycan, Gürcüstan,
Ukrayna, Özbəkistan
və Rusiyanın turizm şirkətlərinin
nümayəndələrinin iştirak etdikləri seminarda çıxış
edən Dünya Turizm Təşkilatının
Avropa ölkələri
üzrə regional nümayəndəsinin
müavini Kordula Volmuter dünyanın ayrı-ayrı regionlarında
turizmin inkişafına
dair statistika məlumatını açıqlamışdır.
Bildirilmişdir ki, Afrika, habelə Yaxın Şərq və Asiya ölkələrinə
turist axını daha çox müşahidə olunmuşdur.
Ötən il
beynəlxalq turizm səfərlərinin əksəriyyəti
asudə vaxt, məzuniyyəti keçirmək,
istirahət məqsədi
daşımışdır. Belə turistlərin sayı 842 milyon nəfərə çatmışdır.
DTT nümayəndəsi ölkəmizdə turizmin
inkişaf sürətinə
toxunaraq bu sahənin inkişafında
maraqlı olan Azərbaycan rəhbərliyinin
siyasi iradəsini yüksək qiymətləndirmişdir.
Bu, dövlət büdcəsinə
xeyli maliyyə vəsaiti cəlb edəcək, yeni iş yerlərinin açılmasına kömək
göstərəcəkdir. Əlverişli coğrafi mövqeyi,
9 iqlim qurşağı,
ictimai-siyasi sabitliyi, inkişaf edən infrastrukturu olan Azərbaycan turizm baxımından perspektivli
ölkədir. Bundan əlavə,
DTT-nin "Böyük
İpək Yolu" layihəsində 21 ölkə
ilə yanaşı, iştirak da Azərbaycana xeyli əcnəbi turist cəlb edəcəkdir.
Seminarın ilk iş günü Britaniya ekspertləri dinləyiciləri
turizm sahəsində müasir marketinq siyasətinin müxtəlif
meyilləri ilə
Azərbaycan.-2007.-17 aprel.-S.3.