Leyla

 

Azərbaycan-Türkiyə turizm layihələri müzakirə edilib

 

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Turizm Agentlikləri Birliyi İdarə Heyətinin sədri Başaran Ulusoy aprelin 7-də Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə görüşdü. Görüşdə turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı məsələləri müzakirə olundu. Əbülfəs Qarayev Türkiyə modeli əsasında yenidən qurulmuş nazirliyin strukturu barədə məlumat verdi, qardaş ölkədə keçirdiyi görüşləri xatırlatdı. Nazir teatr binalarının yenidən qurulması ilə bağlı görülən işlərdən, Heydər Əliyev adına sarayın və İncəsənət Muzeyinin bərpasında türk memarlarının iştirakından, Xəzər sahillərində turizm komplekslərinin inşası layihələrindən, türk ordusunun 1918-ci ildə keçdiyi marşrut əsasında hazırlanan "Babalarımızın şərəfli yolu ilə" layihəsindən danışdı.

Başaran Ulusoy öz çıxışında ölkəmizə səfərinin turizm sahəsitıdə böyük potensialı olan Azərbaycan şirkətləri ilə əməkdaşlıq sazişinin bağlanması və TÜRSAB-ın Bakıda ofısinin açılması ilə əlaqədar olduğunu bildirdi.

B.Ulusoy turizm sahəsində Azərbaycan mütəxəssislərinin Türkiyədə təlim keçməsinə kömək etməyə hazır olduğunu da qeyd etdi. Görüşdə Böyük İpək Yolu ilə Türkiyə-Azərbaycan-Çin turizm marşrutunun açılmasına dair birgə planlar da müzakirə edildi.

 

Yaddaş.- 2007.- 12 aprel.- S. 10.