Mehriban
Turizm İnstitutunun tələbələri
Türkiyədə oldular
Bir ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan
Turizm İnstitunun turizm əhəmiyyətli
yerlərində olaraq,
dünyagörüşlərini artırmağa çalışırlar. Bu vaxta qədər bir neçə tələbə Azərbaycanı
gəzməklə yanaşı,
Türkiyəyə də
səfər edib.
Martın 14-də və
18-də Çanaqqala şəhidlərini
yadetmə ərəfəsində
institutun üç tələbəsi - Araz Qasımlı (menencmentlik fakültəsi), Şahin Xəlilov (menencmentlik fakültəsi) və İlkin Rüstəmov (marketinq fakültəsi)
"Babaların tarixi
zəfər və şəhadət yolu"
adlı Azərbaycan-Türkiyə
birgə beynəlxalq turizm layihəsinin iştirakçısı olublar.
Türkiyədən böyük
təəssüratlarla qayıdan
tələbələr İstanbulda
və
Çanaqqalada olub buranın turizm əhəmiyyətli yerləri
ilə
Bununla yanaşı, Çanaqqala
şəhidlərini yadetmə
ərefəsində şəhidlərə
ucaldılmış abidəni
də ziyarət ediblər. Təəssüratlarını
bizimlə bölüşən
Araz Qasımlı bu səfəri Azərbaycanla Türkiyə
arasında əlaqələri
daha da genişləndirmək,
onların qəhrəmanları
ilə tanış olmaq şansı kimi qiymətləndirdi:
"İstanbulda olduğumuz
müddətdə "Sultanəhməd",
"Dolmabahçe", "Topqapı" saray, "Taksi" meydanında və bır sıra başqa yerlərdə olduq. Atatürk muzeyi ilə də
yeraltı su anbarı kimi istifadə ediblər. Osmanlılar bu əraziləri tutduqdan sonra duzlu su içməli
su kimi yararlı
olmadığı üçün
bundan istifadə olunmayıb. Türk dövləti
qurulandan sonra da həmin ərazi
restavrasiya olunaraq, muzey kimi istifadəyə
verilib". Türklərin
azərbaycanlı həmkarlarının
doğma qardaş kimi qarşılamalarından
ağızdolusu danışan
tələbələr bildirdilər
ki, Çanaqqalada olduqları vaxt boğazda türklərlə
rastlaşıblar: "Onlar
burada öz bayraqlarını qaldıraraq
müxtəlif şüarlar
səsləndirirdilər. Türk qardaşlarımız
bizi öz bayrağımızla görəndə
"Ya Qarabağ, ya ölüm!", "Bir millət, iki dövlət!" şüarlarını səsləndirməyə
başladılar". Tələbələr layihə çərçivəsində
Zaqatalaya da səfər ediblər.
Daha sonra bu yaxınlarda Zaqatalaya gedən beş tələbə ilə - turizm və sosial-mədəni servis fakültəsinin tələbələri Hüseyn
Həsənov və İsmayıl İsmayılovla,
menecmentlik fakültəsinin
tələbələri Xəyal
Ələsgərov və
Cavad Cavadovla, marketinq fakültəsinin tələbəsi Şahin
Axundovla söhbətləşdik.
Qeyd edək ki, Zaqatala
ilə ümumi tanışlıq ərəfəsində
tələbələr "Yaşıl turizm" adlı konfransda da iştirak ediblər. 20-dən çox
turist şirkətinin
iştirak etdiyi konfransda tələbələri
seminar-konfranslara cəlb
etməklə onlara iş yeri qazanmaq
imkanının vacibliyi
bildirilib. Bundan başqa, təbiətin
qorunması, turizmin təbiətə təsiri
və ekologiya ilə bağlı bir sıra məsələlər
də konfransda müzakirə olunub.
Tələbələr Zaqatalada
olduğu müddət
ərzində bir sıra yerlərdə - Zaqatala Fındıq Zavodunda, "Çingiz"
qalada, Heydər Əliyev adma parkda, müxtəlif
qoruqlarda, çay fabrikində, həmçinin
Zaqatalada fəaliyyət
göstərən bir
sıra hotellərdə
də olublar. Konfransda müxtəlif şirkətlərlə
Baş Turizm İdarəsı arasında
əməkdaşlıq söhbətləri
də aparılıb.
Xatırladaq ki, tələbələrin
Zaqatalaya səfəri
23-25 mart tarixlərində gerçəkləşib.
Konfransda
tələbələrə iştirakına görə
sertifıkatlarda təqdim
olunub. Hüseyn Həsənov səfərlə
bağlı bunları
dedi: "Zaqatala haqqında bildiklərimizi
orda olmaqla əyani şəkildə
gördük. Bundan əlavə, biz hotel, turizm,
restoran işi ilə daha yaxından
Xəyal Əlasgərov:
"Zaqatala qoruğunda
olub, buranın flora və faunası ilə tamş olduq. Zaqatalada hansı çay
növlərinin olduğunu
öyrəndik. Konfransda ekoturizm
barəsində, yaşıllığın
qorunması, genişləndirilməsi,
rayonlarda turizm bazalarının geniş perspektivlərinin tanıdılması
ılə məlumatlandırıldıq.
Turizm sahəsində oxuyan tələbələrə də
söz verildi və biz konfransın iştirakçısı kimi
çıxış etdik".
Qeyd edək ki, institutun Zaqatala və Türkiyəyə səfəri
bu il
çərçivəsində olub. Bu layihələrin
davamı olaraq, Turizm İnstitutu başqa bir səfərə də hazırlaşır. Belə ki,
yay mövsümündə
tələbələr Nuru
paşanın Bakını
azad edərkən gəldiyi yol istiqamətində səyahətə
çıxacaqlar. Bu yol Türkiyə, Naxçıvan, Gəncə,
Bakı istiqamətində
idisə, tələbələrin
gedəcəyı yol
da eynilə, lakin əks - Bakı, Gəncə, Naxçıvan, Türkiyə
istiqamətində olacaq.
Yaddaş.- 2007.- 12 aprel.- S. 10.