Mədəniyyət Turizm Nazirliyində görüş

 

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Turizm Agentlikləri Birliyi idarə heyətinin sədri Başaran Ulusoy aprelin 7- Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür.
Səmimi dostluq şəraitində keçən görüşdə turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.
Əbülfəs Qarayev Türkiyə modeli əsasında yenidən qurulmuş nazirliyin strukturu barədə məlumat vermiş, qardaş ölkədə keçirdiyi görüşləri xatırlatmışdır.
Nazir teatr binalarının yenidən qurulması ilə bağlı görülən işlərdən, Heydər Əliyev adına sarayın İncəsənət muzeyinin bərpasında türk memarlarının iştirakından, Xəzər sahillərində turizm komplekslərinin inşası layihələrindən, "Babalarımızın şərəfli yolu ilə" layihəsindən (türk ordusunun 1918-ci ildə keçdiyi marşrut) danışmışdır.
Başaran Ulusoy bildirmişdir ki, onun ölkəmizə səfəri turizm sahəsində böyük potensialı olan Azərbaycanın şirkətləri ilə əməkdaşlıq sazişinin bağlanması TÜRSAB-ın Bakıda ofisinin açılması ilə əlaqədardır.
B.Ulusoy turizm sahəsində Azərbaycan mütəxəssislərinin Türkiyədə təlim keçməsinə kömək etməyə hazır olduğunu söyləmişdir.
Görüşdə Böyük İpək yolu ilə Türkiyə-Azərbaycan-Çin turizm marşrutunun açılmasına dair birgə planlar da müzakirə edilmişdir.

 

Azərbaycan.-2007.-8 aprel.-S.2.