Nigar
Beynəlxalq “Turizm
və Səyahətlər” Sərgisi başlayıb
Sərgidə
dünyanın 18 ölkəsinin 40-dan çox şirkəti
iştirak edir
Artıq
ölkəmizdə ənənəvi olaraq təşkil
edilən Azərbaycan Beynəlxalq "Turizm və
Səyahətlər" Sərgisi bu il Vl dəfədir ki, keçirilir.
Bu il sərgi dünyanın 18 ölkəsindən 40-dan
çox şirkət toplayıb və ekspozisiya sahəsini
ötən ilə nisbətən 25 faiz artırıb. Bu
sərginin turizm həftəsi
çərçivəsində
keçirildiyini deyən MTN-nin turizm şöbəsinin
müdiri Aydın İsmiyevin sözlərinə görə,
sərgidə həmçinin "Babaların zəfər
yolu" layihəsi də təqdim olunacaq. Son illər
ölkədə turizm inkişaf səviyyəsinin daha da
artdığını deyən A.İsmiyevin
sözlərinə görə, bu ölkədə
keçirilən sərgidə iştirak edən
şirkətlərin sayında da özünü
göstərir. Əgər 2002-ci ildə ölkədə
mehmanxana və mehmanxana tipli obyektlərin sayı 94 olubsa,
2006-cı ildə bu rəqəm 284-ə çalıb. Bu il
keçirilən sərgidə Bolqarıstan, Kataloniya,
Çin və Tatarıstan kimi ölkələr ilk
dəfə təqdim olunacaq. A.İsmiyev bildirdi ki, bu ilki
sərgidə daha bir yeni layihə olan "Otel Biznesi"
üzrə I Azərbaycan NOTELEXPO Sərgisi
keçiriləcək: "Bu sərgini təşkil etmək
fikri Azərbaycanda turizm sektorunun fəal inkişafı və
bunun nəticəsində yeni mehmanxanalar və digərlərinin
tikilişi, mövcud mehmanxanaların bərpası ilə
əlaqədar meydana gəlib. Beləliklə, mehmanxanalar otel
və əyləncə mərkəzlərinin təchizatı
üçün tələb olunan keyfiyyətli texnologiyalar,
avadanlıq və materialların alınması
məsələsi ilə üzləşir. İlk sərgidə isə 14 şirkət iştirak edir. Debütünə baxmayaraq,
sərgi aparıcı
xarici istehsalçıların
böyük marağına
səbəb olub".
"Turizm və Səyahətlər" Sərgisinin
iştirakçıları arasında "AB TTAVEL", "AIT-NRG",
"ATLANT", CASPİAN TRAVEL AGENCY", "KARABAKH" kimi
Azərbaycan şirkətləri
ilə yanaşı,
ARABİAN ODÜSSEÜ (BƏƏ), ISCRA
TOUR OPERATOR (İtaliya), SOLAR EMPIRE (Misir), TOURISM MALAÜSIA (Malaziya),
TURKISN AIRLINES (Türkiyə), INSTITUT AUF
DEM ROSENBERQ (İsveçrə) və digər xarici şirkətlər
də var.
Sərgi zamanı yerli və xarici turizm sektorları üzrə təqdim olunacaq məhsullar sırasında milli və regional turizm təşkilatları,
turizm operatorları və turizm agentləri, hava yolları və agentlikləri, mehmanxanalar,
pansionatlar, sanatoriyalar,
avadanlıq, təyyarə
biletlərinin sifarişi
və satışı,
fəal və sərgüzəştli istirahət,
təhsil turizmi, uşaqlar üçün turizm və s. var.
Ölkəmizdə keçirilən bu sərginin hər il minlərlə
ziyarətçi topladığını
deyən sərginin meneceri S.Bünyatova bildirdi ki, bu
il də səyahət sevərlər
arzularına və maliyyə imkanlarına müvafiq olaraq turizm üzrə məsləhətçilərin köməyi ilə turizm marşrutları seçə
biləcək. Sərginin
baş sponsoru AZAL Milli hava Yollan,
təşkilatçılar isə "İteca Caspian LLC" və onun həmkarı Böyük Britaniyanın
"İTE Grour PLC" sərgi
şirkətidir.
Palitra.- 2007.- 18 aprel.- S.10.