Rövşən

 

Hər turist Azərbaycana 700 dollar xeyir verir

Dünya Turizm Təşkilatının "Böyük İpək Yolu" layihəsində iştirakı Azərbaycana xeyli əcnəbi turist cəlb edəcək

 

Dünən Bakıda "Turizm marketinqi reklam texnikası" mövzusunda ikigünlük beynəlxalq seminar başlayıb. Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan Rusiyanın turizm şirkətlərinin nümayəndələrinin iştirak etdikləri seminarda çıxış edən Dünya Turizm Təşkilatının Avropa ölkələri üzrə regional nümayəndəsinin müavini Kordula Volmuter dünyanın ayrı-ayrı regionlarında turizmin inkişafına dair statistika məlumatını açıqlayıb. Bildirilib ki, Afrika, habelə Yaxın Şərq Asiya ölkələrinə turist axını daha çox müşahidə olunub. Ötən il beynəlxalq turizm səfərlərinin əksəriyyəti asudə vaxt, məzuniyyəti keçirmək, istirahət məqsədi daşıyıb. Belə turistlərin sayı 842 milyon nəfərə çatıb.

DTT nümayəndəsi ölkəmizdə turizmin inkişaf sürətinə toxunaraq, bu sahənin inkişafında maraqlı olan Azərbaycan rəhbərliyinin siyasi iradəsini yüksək qiymətləndirib. Bu, dövlət büdcəsinə xeyli maliyyə vəsaiti cəlb edəcək, yeni iş yerlərinin açılmasına kömək göstərəcək. Əlverişli coğrafi mövqeyi, 9 iqlim qurşağı, ictimai-siyasi sabitliyi, inkişaf edən infrastrukturu olan Azərbaycan turizm baxımından perspektivli ölkədir. Bundan əlavə, DTT-nin "Böyük İpək Yolu" layihəsində 21 ölkə ilə yanaşı, iştirak da Azərbaycana xeyli əcnəbi turist cəlb edəcək.

Seminarın ilk iş günü Britaniya ekspertləri dinləyiciləri turizm sahəsində müasir marketinq siyasətinin müxtəlif meyilləri ilə tanış ediblər.

 

Gələn turistlərin sayı hər il 25% artır

 

Son 5 ildə Azərbaycana gələn turistlərin sayı hər il 25% artır. Yəni hər il ölkəyə 1 milyon turist gəlir. Hər bir turist 600-700 dollar miqdarında pul sərf edir. Azərbaycana gələnlərin əksəriyyəti sərhədyanı ölkələrdən - Rusiya, İran Gürcüstandan olur. MəlumatıOlaylar”a Mədəniyyət Turizm Naziriiyinin xarici turizm sektorunun müdiri Elçin Qafarlı verib. Onun sözlərinə görə, göstərilən miqdara turistlərin mehmanxana, yemək, alış-veriş xərcləri daxildir. Turistlərin sayı bundan sonra artacaq. Belə deməyə hazırlanan 10 illik strategiya planı əsas verir. Dövlət proqramı şəklində həyata keçiriləcək plan 2007-2016-cı illəri əhatə edəcək: "Bu, turizmin istiqamətini müəyyənləşdirən bir dövlət proqramıdır. Müəyyən turizm növlərinin, regionların inkişafı, bura daxil olan obyektlərin tikilməsi, göstərilən xidmətlərin səviyyəsinin artması proqrama daxildir".

 

Koreya ilə turizm sahəsində saziş imzalanacaq

 

E.Qafarlı qeyd edib ki, bu il bir neçə ölkə ilə turizm sahəsində saziş imzalanması nəzərdə tutulub: "19-20 ölkə ilə saziş var. Bu il bir neçəsinin imzalanacağı gözlənilir. Prezidentin Koreyaya səfəri zamanı Mədəniyyət Turizm nazirləri arasında belə bir sazişin imzalanması gözlənilir. Çinlə saziş var. Çinin tövsiyə olunmuş turizm səfərləri siyahısına daxil olmaq üçün müraciət ünvanlanıb". E.Qafarlı onu da bildirib ki, Azərbaycan turizmi ilə bağlı bir neçə təqdimatlar planlaşdırılıb: "Keçən il Rusiyada Avstriyada belə təqdimatlar olub. Bu il İsveçrədə, Çində planlaşdırmışıq. Payızda belə bir layihə Özbəkistanda gerçəkləşməlidir".

 

Palitra.- 2007.- 17 aprel.- S. 11.