Sevda

 

Azərbaycana gələn turistlərin sayı hər il 20-25% artır

 

"Turizm marketinqi reklam texnikası" mövzusunda seminar işə başlayıb

 

Bakıda Ümumdünya Turizm Təşkilatı Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə "Turizm marketinqi reklam texnikası" mövzusunda iki günlük seminar işə başlayıb.

Seminarda Ümumdünya Turizm Təşkilatının Avropa ölkələri üzrə regional nümayəndəsinin müavini xanım Kordula Volmuter, beynəlxalq ekspertlər Azərbaycanın yerli turizm şirkətləri iştirak ediblər. Seminarda dünya ölkələrində turizmin hazırkı vəziyyəti, turizm xidmətləri bazarlarının inkişafı, marketinq məsələləri, reklam işinin təşkili s. məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Seminar çərçivəsində Azərbaycanın turizm potensialı təhlil olunacaq inkişaf perspektivləri ilə bağlı fikir mübadisi aparılacaq.Mədəniyyət Turizm Naziriiyinin xarici turizm sektorunun müdiri Elçin Qafarlı bildirib ki, hazırda turizmin marketinqi nazirlik tərəfindən aparılır. Azərbaycanın turizm potensialının dünya ölkələrində nümayiş etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Son 5 il ərzində Azərbaycana gələn xarici turistlərin sayında hər il 20-25%-lik artım müşahidə olunur. E.Qafarlının sözlərinə görə, 2006-cı ildə Azərbaycana 1,3 mln-a yaxın əcnəbi səfər edib ki, bunun da təqribən 900 mini turistlərdir. Bu il turistlərin sayının 1 mln-a çatacağı gözlənilir.

Hər bir turist Azərbaycanda olduğu müddətdə təxminən 600-700 ABŞ dollan məbləğində vəsait xərcləyib. E.Qafarlt bildirib ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyətini Rusiya, İran Gürcüstan vətəndaşları təşkil edir. Sonrakı yerləri Böyük Britaniya, Fransa, Türkiyə bölüşdürür.

 

Səs.- 2007.- 17 aprel.- S. 13.