Turizm İnstitunda elmi-praktik konfrans

 

Aprelin 19-da Turizm İnstitutunda "Azərbaycan turizmi: bu gün və sabah" mövzusunda keçirilən I respublika elmi-praktik konfransında turizmin inkişafı, tələbələrin ölkəmiz üçün yeni olan bu hərəkata münasibəti məsələləri nıüzakirə edilmişdir. Konfransı tələbə elmi cəmiyyətinin dəstəyi ilə institut Turizm Klubu təşkil etmişlər.

İnstitutun rektoru Cəfər Cəfərov bildirmişdir ki, konfrasın mövzusundan göründüyü kimi, biz dünya turizminə inteqrasiyanı sürətləndirməli onun ən yaxşı ənənələrini əxz etməliyik. Turizm sənayesinin ən yüksək səviyyəyə qalxdığı Türkiyə buna misal ola bilər. Azərbaycan bu cür nəticələrə nail olmaq üçün kifayət qədər potensialı vardır.

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev diqqəti belə bir fakta cəlb etmişdir ki, institutun fəaliyyət göstərdiyi ilk ildən konfransların keçirilməsi təcrübəsinə başlanılmışdır. Bu, kifayət qədər ciddi göstəricidir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə turizm sahəsində mütəxəssislər hazırlayan institutun fəaliyyətə başlamasını düzgün seçim istiqamət kimi səciyyələndirmişdir. O, institutun gələcək məzunlarının işini diplomat fəaliyyətinə bərabər tutaraq, ümidvar olduğunu bildirmişdir ki, tələbələr bu təhsil müəssisəsində dərs deyən mütəxəssislərdən çox şey öyrənəcəklər. Bölmələrdə işini davam ctdirən konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin rektorları Türkiyədən gəlmiş qonaqlar iştirak etmişlər.

 

Xalq qəzeti.- 2007.- 20 aprel.- S. 6.