Zəhra

 

Azərbaycanda turizmin inkişafına yönələn layihənin yeni mərhələsi başlayıb

 

Dünən "Daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycanda yoxsulluğun azaldılmasında Mədəniyyət Turizm Nazirliyinə institusional yardım" layihəsinin ikinci mərhələsinin başlanmasına dair sənədlərin imzalanması mərasimi keçirilib. Layihə Azərbaycan hökuməti BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir. İki illik layihə yeni təsis edilən Azərbaycan Turizm İnstitutuna (ATİ) bu sahədə təhsilin inkişaf etdirilməsində instiusional yardımın göstərilməsinə yönəldilib. Burada eyni zamanda layihənin birinci hissəsində açılan (Bakı, Şamaxı, Xaçmaz Şəki) ikinci mərhələ ərzində fəaliyyətə başlayacaq (Gəncə, Naxçıvan, Lənkəran Quba) regional turizm informasiya mərkəzlərinin işinə kömək göstərilməsi nəzərdə tutulub. Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu layihə sayəsində böyük uğurlar əldə ediləcəyini əminliklə vurğulayıb. Nazir layihənin Azərbaycanda turizm sahəsinin inkişafına əlavə təkan rolu oynayacağını söyləyib: "Milli turizm sahəsində təhsil standartlarını yüksəltmək beynəlxalq tələblərə cavab verməsini təmin etmək baxımından bu layihə bizim üçün çox faydalı olacaq. Eyni zamanda layihənin həyata keçirilməsi turizm xidmətlərinin keyfiyyətinin yüksəlməsinə məşğulluq imkanlarının çoxalmasına şərait yaradacaq". Layihəyə dair sənədləri mədəniyyət turizm naziri Əbülfəs Qarayevlə BMT İnkişaf Proqramının ölkəmizdəki nümayəndəsi Bruno Pueza imzalayıb.

 

525-ci qəzet.-2007.-3 aprel.-S.7.