Novruzov T.
Gənclərə
yüksək qayğı
Respublikamızda
gənclərin hərtərəfli inkişafına, onların
ideya, siyasi cəhətdən yüksəlməsinə,
iqtisadi, elmi biliklərə yiyələnməsinə
xüsusi diqqət yetirilir.
Məhz ona görə də Prezident İlham Əliyev 2007-ci ili "Gənclər ili" adlandırmışdır. Prezidentimizin bu təşəbbüsünə yerlərdə necə əməl olunmasına şahid olmaq üçün Respublika İncəsənət Gimnaziyasında olduq. Bu təhsil ocağı 1959-cu ildən fəaliyyət göstərir. Keçən illər ərzində bura 8 saylı internat-musiqi təmayüllü tnəktəb kimi fəaliyyət göstərir. Son illərdə gənclərin musiqiyə olan tələblərinin ödənilməsi üçün Respublika İncəsənət Gimnaziyasına çevrilmişdir. Gimnaziyaya təcrübəli təhsil işçisi Mahizər Şabanova rəhbərlik edir. Onunla görüşüb işlərin gedişinə dair ətraflı söhbət etdik. O dedi:
- Mən öz taleyimi 1977-ci ildən buraya bağlamışam. Əmək fəaliyyətimə tərbiyəçi-müəllim kimi başlamışam. Hazırda bu böyük kollektivə rəhbərlik edirəm. Müasir dövrdə insan həyatını musiqisiz təsəvvür etmək mümkün deyil. Respublikamızda gənc nəslə musiqi təhsili verən onlarca musiqi məktəbi vardır.
Hazırda gimnaziyamızda 1440 şagird təhsil alır. Onların təhsili ilə müxtəlif ixtisaslı 562 müəllim məşğul olur. Hazırda gimnaziyada musiqi, təsviri incəsənət, teatr və aktyorluq, xoreoqrafiyadan ibarət 4 qrupda bütün ixtisaslar üzrə müəllim-sənətkarlar fəaliyyət göstərir. Keçən dərs ilində gimnaziyanı 118 nəfər bitirmişdir. Hazırda onlar Azərbaycan Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Asəf Zeynallı adına məktəbdə təhsillərini davam etdirirlər. Gimnaziyada ən aparıcı rol oynayan şöbələrdən biri musiqi şöbəsidir. Bu şöbəyə təcrübəli musiqişünas Nigar Adıgözəlova başçılıq edir. Şöbədə 664 şagird təhsil alır.
Bu şöbədə fortepiano, tar, kamança, xalq çalğı alətləri ixtisasları üzrə məşğələlər keçirilir.
Gimnaziyada Azərbaycan musiqisinin bütün sirlərini şagirdlərə çatdırmaq üçün respublikamızın adlı-sanlı muğam ustaları, Arif Babayev, Ağaxan Abdullayev və başqaları şagirdlərlə maraqlı məşğələlər keçirirlər. Musiqinin tarixindən, muğamın müasir dövrdə gənclərin tərbiyəsində rolundan söhbətlər aparırlar. Gimnaziyada təsviri-sənət şöbəsində rəssamlıq, heykəltəraşlıq, zərgərlik, xalq çalğı alətləri sənətləri öyrədilir. Bu şöbədə 212 nəfər təhsil alır. Gimnaziyanın şagirdləri beynəlxalq festivallarda fəal iştirak edirlər. Məsələn, gimnaziyanın şagirdi Nərminə Abdullayeva Yaponiyada keçirilən beynəlxalq rəsm müsabiqəsində, Ülvi Babayev isə Fransada keçirilmiş beynəlxalq festivalda qızıl medal, Vəfa Əliyeva Tehranda keçirilən beynəlxalq rəsm yarışında qızıl medala layiq görülmüşlər. Güntəkin Mirzəyeva Hindistanda keçirilən rəsm müsabiqəsində gümüş medal almışdır. Gimnaziyada "Kanon muğam" mərkəzi yaradılmışdır.
Məktəbimizdə Azərbaycan
musiqisini təbliğ
edən əməksevər
müəllimlərimiz də
az deyil. Onlardan Zemfira Hüseynova, Lalə Əliyeva, Xalidə Əmiraslanova, Fəridə Mövsümova və
başqalarını göstərmək olar.
Gimnaziyanın kollektivi
"Gənclər ili"ndə musiqi tədrisinin təşkilinə
diqqəti daha da artırır.
Respublika.-
2007.- 10 aprel.- S. 7.