Azərbaycan rəssamlarının əsərləri Moskva Rəsm Qalereyasında

 

Moskva Rəsm Qalereyasında Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilir. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov məlumat verib. Onun sözlərinə görə, sərgidə Azərbaycanın 15 rəssamının müxtəlif janrları əhatə edən əsərləri sənətsevərlərin ixtiyarına verilib. F.Xəlilovun sözlərinə görə, sərginin nümayişi aprelin 10-na kimi davam edəcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan Rəssamlar İttifaqının 5 illik proqramının hazırlandığını deyən qurum rəhbəri, planlardan ibarət proqramın üç ay müddətinə aidiyyəti orqana təqdim ediləcəyini bildirib. Bununla bərabər Azərbaycan Rəssamlar İttifaqının binasının bərpası ilə bağlı smeta hazırlanır.

 

Yeni Azərbaycan.- 2007.- 7 aprel.- S. 8.