Xəlilzadə F/

Təbiət vurğunu rəssam

 

Azərbaycan təsviri sənətində özünəməxsus xidmətləri olan xalq rəssamı Hüseyn Əliyev geniş yaradıcılığa malik bir sənətkar idi. İstifadə etdiyi rənglərin çalarları o qədər al-əlvan idi ki, sanki rənglərin dili ilə təbiətin gözəlliklərini kətan üzərində səsləndirirdi. Bu ünsiyyətin hər çalarında qəribə məqamlar təbii gözəlliklər diqqət çəkirdi.
Hüseyn Əliyev qədim Zəngəzur mahalının Qarakilsə bölgəsinin (indiki Sisian) Comərdli kəndində anadan olmuşdur. Dünyaya gəlişi aprel ayına təsadüf etdiyindən gözünü açandan gördüyü təbiət, dağ, şəlalə, bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilmişdi.
1918-ci ildə daşnak Andranikin başçılıq etdiyi quldur dəstəsi Zəng
əzurun bütün kəndlərində ağlagəlməz müsibətlər törətdilər. Ermənilərin talan etdiyi, od vurduğu, əhalisini qətlə yetirdiyi, dəhşətli əzablara məruz qoyduğu kəndlərdən biri Comərdli oldu. Hüseyn Əliyevin atası Əlirza kişi ailəsini xilas etmək üçün sıldırımlı dağları, qayalıqları aşaraq Naxçıvana üz tutdu. Hüseyn Əliyevin uşaqlıq gənclik illəri Naxçıvanda keçdi. İlk təbiət mənzərəsini çəkəndə onun cəmi 12 yaşı vardı. Bu işi onu gələcək arzularına aparan ilk cığır oldu. Bakıda Rəssamlıq Texnikumunda oxuduğu illərdə (1927-1932) "Molla Nəsrəddin" jurnalında onun nadanlığı qamçılayan karikaturaları, rəsm əsərləri çap edilirdi. Maraqlıdır ki, həmin dövrdə Hüseyn Əliyevin böyük qardaşı Həsən Əliyevin Naxçıvanın həyatı, problemləri ilə bağlı məqalələri çap olunurdu. Təbii ki, Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan "Molla Nəsrəddin" jurnalı Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rol oynadı.
Xalq rəssamı Tahir Salahov öz ustadı ilə bağlı xatirələrində belə yazır:
"Qəlbimdə xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli surəti yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndirirdik. O, rənglərlə işləməyin ustadı idi. Xüsusilə məzmunun mənasını açmağa kömək edən atribut rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur".
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək "Kommunist" qəzetində rəssam kimi çalışıb. Qəzetçiliyin gündəlik qayğıları, operativlik bir rəssam kimi vaxtını çox alsa da, zəhməti istedadı sayəsində sənət imtahanından həmişə şərəflə çıxmışdır. 1939-cu ildə M.F.Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində Hüseyn Əliyevin təqdim olunan əsəri birinci mükafata layiq görülmüşdür. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə, eyni zamanda, orijinal həllinə görə fərqlənmişdir. Hələ o illərdə azərbaycanlı rəssamın yaradıcı əməyi "Xalqlar dostluğu" ordeni ilə mükafatlandırılmışdır.
Hüseyn Əliyev əsasən qrafika ilə məşğul olsa da, mənzərə ustası kimi məşhur idi. O, doğma Vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları rənglərdən ibarət nəhəng bir çələngə çevrilərək kətanlarda sayrışardı. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs ruh gətirmişdi. Azərbaycanın bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə yeni bir həyat alaraq bizi möcüzə ilə üzləşdirirdi. Yoluna, izinə, dağına, dərəsinə bələd olduğumuz yurd yerlərinin əzəməti, gözəlliyi önündə bir daha valeh olurdun. Hüseyn Əliyevin Göy gölün təsvirinə həsr edilmiş silsilə əsərləri barədə xüsusi danışmaq olar. Çünki xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarla təsvirini yaratmışdı. Gah dağların qoynunda məskən salmış Göy gölün mavi sularını kətanda əks etdirir, gah da hər an təkrarolunmaz gözəlliyindən yeni görüntülər yaradırdı. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi. İki il ərzində Kəpəz dağının 25 artıq akvarel görüntüsünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaratmışdır. Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurundan vəcdə gələrək yazırdı: "Dünya təcrübəsində yalnız italyan rəssamının bir dağın 10 görüntüsündən başqa heç kim bir obyektin 25 görüntüsünü kətan üzərində əks etdirməyib".
Hüseyn Əliyev həm Naxçıvan, həm Zəngəzur təbiəti ilə bağlı maraqlı əsərlər yaratmışdır. Məsələn, "İlanlı dağ" tablosu sənət biliciləri tərəfindən son dərəcə orijinal qeyri-adi gözəlliyi əks etdirən bir əsər kimi dəyərləndirilib. "Urud qalası" peyzajı isə rəssamın yaradıcılığında ən yaxşı şah əsərlərdən biridir. Bu sənət nümunəsi təkcə orijinal kompozisiyası, quruluşu, obrazlı həllin gözəlliyi ilə deyil, həm dağ qalasının özünəməxsusluğunu təbii, gerçək boyalarla verilməsi ilə fərqlənirdi. Hüseyn Əliyevin Zəngəzur mövzusuna həsr etdiyi akvarel seriyaları çox maraqlıdır. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın "Zəngəzur mənzərəsi", "Zəngəzur dağları", "Şəki şəlaləsi", "Comərdli mənzərəsi", "Meşədə qış", "Payız", "Qürub çağı" kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.
Hüseyn Əliyev portret rəssamı kimi böyük uğur şöhrət qazanmışdır. Onun çəkdiyi portretin hər biri öz sahibinin daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Hüseyn Cavidin, Nizami Gəncəvinin başqa dahilərin portretini ustalıqla yaradan Hüseyn Əliyev çalışırdı ki, əsərləri insanları düşündürsün.
Sevindiricidir ki, azərbaycanlı rəssamın əsərləri dünyanın neçə möhtəşəm sərgi salonunda nümayiş etdirilib. Xüsusilə son illərdə Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bir sıra beynəlxalq tədbirlərdə görkəmli rəssamın əsərlərindən ibarət təşkil edilən sərgilər xarici ölkə tamaşaçılarının diqqətini çəkib.
Xalq rəssamının yaradıcılığında mənzərələrdən, tablolardan, portretlərdən, natürmortlardan başqa, müxtəlif janrlarda işlədiyi əsərləri çoxdur. O, uzun müddət "Kommunist" qəzetində işləyərkən nəqqaşlıqla, sulu boyalarla məşğul olmuşdur. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkmişdir. Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdəki yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir. Azərbaycan təbiətinin vurğunu olan Hüseyn Əliyev təbiətin gözəlliklərini rənglərin dili ilə tablolarda canlandıraraq ona ikinci həyat verən görkəmli rəssamlarımızdan biridir. Azərbaycan təsviri sənətində bu cür mükəmməl yaradıcılığa malik fırça ustalarımız elə çox deyil. Onların ədəbi irsindən öyrənmək bu gün gərəklidir.,

Azərbaycan.-2007.-22 aprel.-S.3.