Natiq Əhmədzadənin
fərdi sərgisi keçirildi
Vəcihə Məmmədova adına sərgi salonunda
Rəssamlar İttifaqının
təşkilatçılığı ilə rəssam Natiq
Əhmədzadənin əsərlərindən ibarət
fərdi sərgi nümayiş etdirildi. Rəssamın yaratdığı əsərlərdə
millilik, adət-ənənələr, habelə
şərq qadınının
xüsusiyyətləri, kişinin
qadına olan ülvi məhəbbəti
əsas yer tutur.
Uzun müddət
Türkiyədə çalışan
rəssamın "Azərbaycan
mədəniyyəti günləri"
çərçivəsində fərdi sərgisi də keçirilib. Beynəlxalq sərgilərin
iştirakçısı olan
Natiq Əhmədzadənin
əsərləri Rusiya,
Fransa, ABŞ, İtaliya
və digər ölkələrdə şəxsi
kolleksiyalarda saxlanılır.
Xatırladaq ki,
42 əsərin daxil olduğu sərgi hələ 1 həftə davam edəcək
Üç nöqtə.-2007.- .- 26 aprel .- S.13.