Rəssamlara
qayğı artırılanda...
Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli
adına Sərgi Salonunda "Bahar" adlı rəsm
sərgisimn açılış mərasimi keçirilib. Tədbirdə
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
sədri, Xalq rəssamı Hüseynqulu Əliyev son illərdə
Muxtar Respublikamızda rəssamlara göstərilən
dövlət qayğısından danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin əməkdaşı Rəfael Kərimov, rəssam
Əli Səfərli fırça ustalarının
yaradıcılıq nümunələrindən ibarət
sərgilərin mütəmadi təşkilini rəssamlara
göstərilən qayğı kimi dəyərləndiriblər.
Qeyd edək ki,
sərgidə Muxtar Respublikada yaşayıb-yaradan 19
rəssamın (Hüseynqulu Əliyev, Sabir Məmmədov,
Natiq İsmayılov, Həmzə Sadıqov, Həsən
Qurbanov və s.) 57 rəsm əsəri nümayiş olunur.
Zaman.- 2007.- 24-25 aprel.- S. 9.