Samira

1001-ci qastrolun rəssamı

 

Bu günlərdə gözəl kino rəssamı Rafis İsmayılov öz doğum gününü qeyd etdi. Rafis İsmayılov 1939-cu ildə Bakıda dünyaya gəlib. 1962-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1972-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışır. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. Xalq rəssamı, dövlət mükafatı laureatı Rafis İsmayılov "Oxuyur Müslüm Maqomayev", "1001-ci qastrol", "Sevinc buxtası", "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "ˆlsəm, bağışla", "ˆzgə həyat" və s. bədii, "Lal", "Daş" və digər animasiya filmlərinin yaradıcılarından biridir.

 

Həftə içi.-2007.-4 aprel.-S.8.