5+ sərgisi keçirildi
Dünən Mərkəzi Muzeydə 5+ adlı sərgi keçirildi. Bu sərgi Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Yaradıcı Təşəbbüskarlar Assosiasiyası
və Azərbaycan Rəssamlar İttifaqının
təşəbbüsü ilə baş tutdu. Sərgi zalında 5 nəfər gənc rəssamın fərdi əl işləri nümayiş
olundu. Vüqar Muradov "Əbədiyyət",
Mahmud Rüstəmov
"Təcavüzkar gözəlçələr",
Nairə Rüstəmova
"Nar şirəsində
sevgi", Teymur Rüstəmov "Rəng
bölgüsü", Niyaz
Nəcəfov "Adsız"
və digər mövzularda əsər yaratmaqla tədbirə gələn iştirakçılara
öz qabiliyyətlərini nümayiş etdirdilər. Bir sözlə, sərgidə
səbəbkarların bir-birindən fərqli əsərləri, qeyri-adi
rənglərdən istifadə
etmə bacarıqları
sərgi iştirakçılarına
xoş təsir bağışladı. Sərgi
aprelin 16-dək davam edəcək.
Üç nöqtə.-2007.-11
aprel.-S.13.