Tablolarımla Leriki dünyaya tanıdacağam

Altunun boya-başa çatdığı Lerikin müxtəlif təbiət guşələrini sevə-sevə fırçaya aldığı açıq-aydın duyulur.

İçərişəhərdə yerləşən  “AbşeronRəsm Qalereyası növbəti sərgisini yeniyetmə rəssam Altun Rəcəblinin yaradıcılığına həsr edib. Ekspozisiyada Altunun müxtəlif texnikalarda işlədiyi 36 əsəri nümayiş olunur. “2007-ci il - gənclər ilidirçərçivəsində düzənlənən sərginin təşkilatçısı Gənclər İdman Nazirliyidir.
... Altun hələ 14 yaşındadır. Dağlar qoynunda - Lerikdə anadan olub. Dediyinə görə, lap erkən yaşlarından əlinə keçən kömür tabaşirlə yaşadığı evin divarlarını rəsmlərə qərq edib. Buna görə dəfələrlə tənbeh olunsa da, son anda valideynləri onun divardakı rəsm dünyası ilə barışmalı olublar. Beləcə, Altunun atası onun bir rəssam kimi yetişməsinə öz xeyir-duasını verib.
Altun Rəcəblinin əsərlərinə baxarkən onun hansı janrda daha çox uğura imza atdığını söyləmək çətindir. Belə ki, öz qabiliyyətini portret, natürmort, mənzərə janrlarında, eləcə çoxfiqurlu kompozisiyalarda sınayan gənc rəssam onların hər birinə diqqətlə yanaşıb. Buna rəğmən, Altunun boya-başa çatdığı Lerikin müxtəlif guşələrini sevə-sevə  fırçaya aldığı açıq-aydın duyulur. Dağ çayı”, “Kənd yolu”, “Qılqılov kəndində köhnə dəyirman”, “Şəlalə”, “Otlaq”, “Qızıl payızkimi tablo rəsmlərində onun Lerik sevgisi özünü büruzə verir. Əlbəttə, Altunun yaradacağı, tamaşaçıları heyrətləndirən mükəmməl mənzərələri hələ çox-çox irəlidədir. Lakin təqdim olunan  mənzərələrə baxarkən əmin olursan ki, yeniyetmə rəssamın dağ yolu kimi dolanbac, aşırımlı yolu onu arzusunda olduğu mənzil başına gətirib çıxaracaq. Altun bizimlə söhbətində Lerik mövzusunun onun yaradıcılığında həmişə aparıcı olacağını bir daha vurğuladı əlavə etdi: “Lerikin o qədər mənzərəli guşələri var ki... Onları tablolarıma köçürməkdə davam edəcəyəm. Elə bu tablolarımla da Leriki dünyaya tanıdacağam”.
Onun portret janrında çəkdiyi tablolarını (Füzulinin, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, eləcə 168  il ömür sürmüş Şirəli  Müslümovun portretləri) da diqqətdən kənarda qoymaq olmazPrezident İlham Əliyevin portreti bizə tanış olan kompozisiyada, rəsmi ruhda işlənib. Bu da təbiidir. Axı balaca rəssamın onunla Lerikdə görüşü çox qısa olub.
Qeyd edək ki, “AbşeronRəsm Qalereyasındakı sərgi Altun Rəcəblinin Bakıda düzənlənən ikinci fərdi sərgisidir. Rəsm qalereyasının direktoru Eldəniz İbrahimovun sözlərinə görə, Altunun artıq peşəkar rəssamların qalereyasında görünməsi ilə sənətsevərlərin rəğbətini qazanması onun sabahkı uğurlarından xəbər verir.

Zaman.-2007.-26.-27 aprel.-S.13.