Azər İlmənin xalçaları
beynəlxalq mükafatlar
almışdır
"Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyətindən AzərTAc-a
bildirmişlər ki, müəssisənin baş direktoru Vidadi
Muradova Böyük Britaniyanın Oksford
şəhərində yerləşən Avropa Biznes
Assambleyasının qərargahında qurumun ən
yüksək "Kraliça Viktoriya adına
mükafat"ı təqdim olunmuşdur.
Müəssisə bu mükafata keyfiyyətli məhsul istehsalı ilə Avropa bazarlarında özünə
layiqli yer tutduğuna, Avropa iqtisadi əməkdaşlığına
səylə inteqrasiya
etdiyinə, Azərbaycan
xalçasının tarixi
şöhrətini böyük
uğurla yaşatdığına
görə layiq görülmüşdür.
Müəssisəyə daha
bir xoş xəbər isə Xəzər Beynəlxalq İnteqrasiya İşgüzar
Klubundan gəlmişdir.
Azərbaycan xalça
sənətinin dirçəldilməsi
və inkişafında
xidmətlərinə görə
"Azər-İlmə"
xüsusi mükafat almışdır.
Qeyd edək ki, "Azər-İlmə" şirkəti
fəaliyyətə 1996-cı
ildə başlamışdır.
Bakının Nardaran,
Binə, Hökməli,
Lökbatan qəsəbələrində,
həmçinin Kürdəmir
və Lerik rayonlarında şirkətin
toxuculuq emalatxanaları
fəaliyyət gösərir.
Müəssisədə 500 nəfərdən çox
işçi çalışır.
Azərbaycan.-2007.-3 aprel.-S.8.