Əziz R., Teyyuboğlu S.

 

Quba xalçaçılığı çətin sınaq qarşısındadır

 

Ta qədimdən Azərbaycan Şərqdə həm xovlu, həm xovsuz xalça istehsalı mərkəzlərindən hesab olunub. Bu mədəni irsimizə həsəd aparanlar xalçalarımızı müxtəlif vasitələrlə öz adlarına çıxarmağa, onları öz mədəni sərvətləri kimi qələmə verməyə çalışıblar. Bu məqsədlə zaman-zaman ölkəmizə səfər edən işbazlar hətta ən ucqar kəndlərimizdən belə qədim ornamentli xalçaları su qiymətinə alıb öz ölkələrinə aparıblar. Beş-altı il öncə Qubanın Alpan kəndində buna bənzər hadisə yaşamb. Belə ki, kəndə gəlmiş iki əcnəbi işadamı ilk baxışdan sökülmüş bu səbəbdən yararsız görünən qədim orijinal ornamentlərə malik xalçaları alaraq öz ölkələrinə aparıblar. Çox güman ki, həmin xalçalar sonradan bərpa edilib indi hansısa xarici muzeydə hansısa başqa bir millətin sənət  əsəri kimi nümayiş etdirilir.

Bəs əcnəbilerin bu qədər diqqət həssaslıqla yanaşdıqları belə xalçalara hazırda ölkəmizdə münasibət necədir? Bəri başdan qeyd edək ki, ilkin müşahidələrimiz bu sahədə vəziyyətin o qədər ürəkaçan olmadığını söyləməyə əsas verir. Hər şeydən əwəl ona görə ki, bu işə cavabdeh olan müxtəlif qurumlar qədim orijinal ornamentlərə malik xalçalara hələ lazımi diqqət göstərmirlər. Əgər göstərsəydilər, yəqin ki, camaat onları dəyər-dəyməzinə əcnəbilərə satmazdı.

Araşdırmalarımıza görə, Quba xalçaçıla öz fəaliyyətləri ilə qeyd etdiyimiz bu problemin həllinə çox cüzi təsir göstərə bilirlər. Səbəb isə bu sahə ilə məşğul olanlan bəzilərinin məsələyə xırda biznes marağı ilə yanaşmala, bəzilərinin isə reallaşdırmaq istədikləri layihələrin icrasında xeyli problemlər süni maneələrlə üzləşmələridir.

"Müəssisəmizin məhsullarına tələbat böyükdür"

Quba şəhərində fəaliyyət göstərən "Aygün" Tədris-İstehsalat Mərkəzinin həm xalçaçılıq mədəniyyətimizin vacib bir qolu kimi araşdırılması qorunmasında, həm bir məşğulluq növü kimi yaşadılmasında xeyli xidməti olub. 54 işçinin çalışdığı müəssisədə bu günədək ona qədər itib-batmaqda olan xalça ornamenti bərpa edilib. Azərbaycanın bütün bölgələrinə aid xalçaların toxunduğu bu müəssisədə eyni zamanda toxuculuq kursla da fəaliyyət göstərir. Mərkəzin direktoru Fatimət Həmzəyevanın sözlərinə görə, müəssisənin məhsullarına tələbat böyükdür, lakin onlar bu tələbatı ödəməkdə çətinlik çəkirlər. Bunun başlıca səbəbi imkanlanın məhdudluğu ilə əlaqədardır: "Hər il istehsalın həcmini müəyyən çərçivədə artırmağa çalışırıq. Bu məqsədlə müəssisəmizin rayonun ucqar kəndlərində filiallarını açmaq istəyirik. Lakin məsələ ilə əlaqədar müvafiq qurumlar təkliflərimizi rədd edirlər". Fatimət xanımın fikrincə, bu, hər şeydən əvvəl bəzi məmurlara məxsus gizli xalca sexlərinin fəaliyyəti ilə əlaqədardır: "Bu sahədə monopoliya yaratmağa cəhdlər göstərilir".

Zənnimizcə, bu isə o deməkdir ki, Quba xalçaçılığı çətin sınaq qarşısındadır: mədəniyyətimizin həyati əhəmiyyət kəsb edən bir sahəsi kimi yaşamaq ya biznes maraqlarına alət edilərək cılızlaşmaq. Təbii ki, ikinci yol Quba xalçaçılığının məhvinə bərabərdir. İnanırıq ki, Quba xalçaçığı mədəniyyətimizin həyati əhəmiyyət kəsb edən bir sahəsi kimi yaşamaq uğrunda mübarizədən qalib çıxacaq.

 

Zaman.- 2007.- 10-11 aprel.- S. 9.