Xanım Bricit Birleyn: Azərbaycanın zəngin xalçaçılıq
sənəti vardır
Azərbaycanda
səfərdə olan Avstriya Konstitusiya Məhkəməsinin
sədr əvəzi xanım Bricit Birleyn aprelin 20-də
"Azər-İlmə" Məhdud Məsuliyyətli
Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında
olmuşdur.
Xanım Bricit Birleynə
məlumat verilmişdir
ki, xalçaçılıq
Azərbaycan xalqının
ən qədim sənətlərindən biridir.
Qədim
səyyahlar, salnaməçilər
ölkəmizdə toxunan
xalı-xalçanın
yüksək keyfiyyəti,
zəngin çeşniləri
barədə yazılı
məlumatlar vermiş,
Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük
İpək yolu üstündəki bütün
ölkələrdə məşhur
olduğunu bildirmişlər.
Azərbaycanın xalı və
xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə
başlamış, hazırda
350 nəfərin çalışdığı
bu müəssisənin
məhsulları ABŞ, Almaniya,
Avstriya, İngiltərə,
İtaliya, Yaponiya və Rusiyada keçirilən satış
sərgilərində
xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür.
Mərkəzi qərargahı Böyük
Britaniyada - Oksfordda yerləşən Avropa Biznes Assambleyası özünün yüksək
"Kraliça Viktoriya
adına mükafat"ını bu günlərdə keyfiyyətli
məhsul istehsalı ilə Avropa bazarlarında özünə
layiqli yer tutduğuna, Avropa iqtisadi-ticarət məkanına səylə
inteqrasiya etdiyinə, Azərbaycan xalçasının
tarixi şöhrətini
böyük uğurla
yaşatdığına görə
"Azər-İlmə"yə vermişdir. Müəssisədə yun və ipəkdən istehsal olunan, işləmələrin
incəliyi və yüksək sıxlığı,
tərtibatın orijinallığı,
milli koloriti ilə seçilən xalçaları bütün
beynəlxalq standartlara
cavab verir. İpləri boyamaq üçün ancaq təbii rənglərdən
istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən
götürülür. İşlədilən
bütün xammal yerli məhsullardır.
Hörmətli qonaq qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma prosesini maraqla izlədi, xalçaçı
qızlarla səmimi söhbət etdi. Xanım Bricit Birleyn toxucuların köməyi ilə hanada toxunan orijinal kompozisiyalı xalçaya bir neçə ilmə də vurdu və
bunun çox çətin, incə peşə olduğunu qeyd etdi.
Xanım
Bricit Birleyn "Sehrli ilmələr" qalereyasının xatirə
kitabına yazdığı
ürək sözlərində
Azərbaycan xalçalarının
gözəlliyindən, ölkəmizdə
qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından
məmnun qaldığını,
bu xalça muzeyindən zəngin, unudulmaz təəssürat aldığını
bildirdi.
Hörmətli qonağa
xatirə olaraq hədiyyə verildi.
Azərbaycan.-2007.-21 aprel.-S.7.