Əcnəbi rəssam Bredli Helm “Azdrama”da görüş keçirib
Amerikadan ölkəmizə rəssam
Bredli Helm təşrif
buyurub. O, ötən
gün Akademik Milli Dram Teatrında Azərbaycan teatr rəssamları - xalq rəssamı Nazim Bəykişiyev, əməkdar
rəssam İsmayıl
Məmmədov, Lətifə
Quluzadə, Elnur Babayev və Valeh Məmmədovla görüşüb. Xarici qonaq
müasir Amerika teatrında mövcud meyl və tendensiyalar,
problem və nailiyyətlər
barədə məlumat
verib. Həmçinin
görüş iştirakçılarını
öz sənət əsərləri ilə
Teatrın mətbuat xidmətinin rəhbəri Nigar Abdullayevanın sözlərinə
görə, “Azdrama”
ABŞ səfirliyinə birgə
teatr layihəsi təşəbbüsü ilə
müraciət edib. Layihənin məqsədi,
görkəmli Amerika dramaturqu Artur Millerin «Körpüdən
mənzərə» pyesi
əsasında tamaşanın
milli teatrımızın
səhnəsində hazırlanması
üçün beynəlxalq
quruluşçu heyətin
yaradılmasıdır. Elə Bredli Helmin Bakıya
səfəri də «Azərbaycan–Amerikan teatr təşəbbüsü»
layihəsi ilə əlaqədardır. Qeyd edək
ki, tamaşanın quruluşçu rejissoru –
xalq artisti, teatrın baş rejissoru Mərahim Fərzəlibəyov və
quruluşçu rəssam
Bredli Helmdir.
Layihə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və ABŞ səfirliyinin dəstəyi
ilə Milli Dram Teatrında həyata keçiriləcək. Premyera iyuna
planlaşdırılır.
Gündəlik Azərbaycan.-2007.-14
aprel.-S.14.