Mükərrəmoğlu M.
İstanbulda
Şərq xalçalarına həsr olunmuş XI
beynəlxalq konfrans
Aprel
ayının 19-dan 23-dək Türkiyənin İstanbul
şəhərində keçirilən həmin konfransda
ölkəmizi Lətif Kərimov adına Azərbaycan
Dövlət Dekorativ Tətbiqi Sənət və
Xalçaçılıq Muzeyinin direktoru,
sənətşünaslıq doktoru Röya Tağıyeva
təmsil edirdi. Müxbirimiz onunla görüşmüş
və konfrans haqqında öz təəssüratlarını
danışmasını xahiş etmişdir.
— Xalça sənəti üzrə Beynəlxalq
təşkilatın keçirdiyi XI konfrans Şərq
xalqlarının xalçaçılıq sənətinin
öyrənilməsində və təbliğində çox
əhəmiyyətli rol oynadı. Bu konfransın bizim
üçün əhəmiyyəti onda idi ki, Qafqaz
xalçaları üzrə üç mühüm
məruzə dinlənildi. Birinci mənim çıxışım
oldu. “Azərbaycan xovsuz xalçalarının təsnifatı
haqqında” məruzəm şəddə sənətinin
tarixi və bugünkü vəziyyəti ilə bağlı
idi. Əsas diqqəti ona yönəltdim ki, bizim
xalçalarımızın təsnifatı düzgün
aparılmır. Elə xarici ölkə alimləri də,
öz alimlərimiz də bu təsnifatı təhrif
edirlər. Bəzən bizim xalçaların adlarını
dəyişirlər, nəticədə təsnifatda da
düzgün əks olunmur. Bununla da həmin xalçaların
tarixi, onlarla bağlı ənənələr sıradan
sıxır. Şəddə xalçalarının
təsnifatı ilə bağlı öz
mülahizələrimi konfrans
iştirakçılarının nəzərinə
çatdırdım. Məsələn, onlara zili, kilim,
vərxi və s. addir. Xalq arasında onun dəqiq
şəddə adı var. Artıq ona bir söz də
artıranda, xalq ona deyirdi zili şəddə, dəvəli
şəddə, çillə şəddəsi və s. Xalq
onun adını dəyişmirdi. Ancaq bizim alimlər
dəyişirlər, ona görə də təsnifat düz
gəlmir. Mən öz çıxışımda tarixə,
terminologiyaya əsaslanaraq sübut etməyə çalışdım
ki, bu xalçalar hamısı şəddə
xalçalarıdır.
İkinci çıxışda Türkiyədən olan
xanım da göstərdi ki, Azərbaycan
xalçasının təsnifatı düzgün verilmir.
Bizim lüğətlə tanış olan həmin qadın
xalçalarımızın təsnifatında yol verilən
nöqsanları deməklə, bu məsələnin
böyük əhəmiyyət
daşıdığını vurğuladı.
Mütəxəssislər də qeyd etdilər ki, onlarda bu
anlayış yox idi. Lüğət onlara çox
şeyləri dürüstləşdirməkdə
yardımçı oldu. Üçüncü
çıxışı azərbaycanlı xanım Validə
Paşayeva etdi. Hazırda Ərzurumda yaşayan Validə
xanım tikmələr və xalçalar arasında eyniliyi
sübut etməyə çalışdı. Çox
maraqlı məruzə idi. Ona görə ki, bizim tikmələrdəki
naxışlar bəzən xalçalardakı
naxışlarla eynidir. Bu naxışlar hansı
ölkənin xalçasında olsa, hiss ediləcək ki, o
Azərbaycana aiddir, yəni bizimdir.
Xaricilərin çıxışından mənim
diqqətimi çəkən Con Tomsonun məruzəsi oldu.
“Türkmən Ağqoyunlu xalçaları. Haradadır onlar?”
adlı məruzəsində o, bir çox tarixi aspektli
məsələlərə toxundu. Qeyd etdi ki, 1473-cü
ildə Geosanat Barboro Ağqoyunlu hökmdarı Uzun Həsənin
yanında olan nəfis xalçalardan bəhs etmiş və bu
xalçaları Türkiyə və Qahirədə
gördüyünü və bu xalçaların daha
gözəl olduğunu bildirmişdi. Bu çox inqilabi
çıxış idi. O, Ağqoyunlu
xalçalarının əsl Azərbaycan xalçası
olduğunu, özü də çox qiymətli sənət
nümunəsi olduğunu nəzərə
çarpdırdı.
Konfransda 500-dən çox adam iştirak edirdi. O, böyük
beynəlxalq əhəmiyyətə malik olan bir tədbir idi.
Konfrans zamanı 10 sərgi açıldı. İlk
dəfə idi ki, belə genişmiqyaslı sərgilər
keçirilirdi. Dünyada analoqu olmayan
bu sərgilərdə
əksər Şərq
ölkələrinin xalça
sənəti nümunələri əks olunurdu. Bu,
Şərq xalqları xalça sənətinin triumfu idi.
Röya xanım onu da bildirdi ki, bu günlərdə ABŞ-a
da səfər edəcək. Oradakı Parça Muzeyi ilə
birgə proqramımız hazırlanır. Onların
nümayəndəsi Azərbaycanda olub, indi isə biz gedirik.
Biz bir yerdə xalça və parça sənətinin
qorunub saxlanması üçün xüsusi təlimat
hazırlayırıq. Bu təminat bütün dünya
muzeyləri üçün nəzərdə tutulur.,
Xalq qəzeti.-
2007.- 26 aprel.-S. 5.