Ələddinqızı N.

 

Əzim Əzimzadənin xatirəsi anıldı

 

"Molla Nəsrəddin" jurnalının 101-ci ildünümündə karikaturaçı rəssamın fəaliyyətinə nəzər salındı

Əzim Əzimzadənin ev-muzeyində karikaturaçı rəssamın anım gününə, eləcə , "Molla Nəsrəddin" jurnalının 101-ci ildünümünə həsr olunmuş tədbir keçirildi. İki büyük əlamətdar hadisə ilə bağlı təşkil olunmuş tədbiri giriş süzü ilə muzeyin büyük elmi işçisi İradə Əzimzadə açaraq, tədbir iştirakçılarına belə bir mərasimə toplaşdıqlarına gürə təşükkürünü bildirdi. O, Əzim Əzimzadənin keçdiyi yaradıcılıq yolundan, onun "Molla Nəsrəddin" jurnalındakı xidmətlərindən süz açdı. 1906- ilin 7 aprel tarixində ilk nümrəsi işıq üzü gürən "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satira janrının təməl daşını qoymuşdur. Büyük Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin səyi redaktorluğu ilə işıq üzü gürən "Molla Nəsrəddin" jurnalı ətrafına qısa bir zaman kəsiyində istedadlı, qələmi sərt olan ziyalıları topladı. Bunların sırasında Əzim Əzimzadənin imzası tanınmağa başladı. Müasir Azərbaycan qrafikası teatr dekorasiyası janrının banisi olan Əzim Əzimzadə "Molla Nəsrəddin" jurnalına çəkdiyi əsərlərdə karikatura janrının əsasını qoyub, onu inkişaf etdirdi. Qeyd edim ki, karikaturaçı bir rəssam kimi jurnalda fəaliyyətə başlayan Əzim Əzimzadə sovet hakimiyyəti düvründə Xalq Maarif Komissarlığının incəsənət şübəsinə, sonralar isə rəssamlıq məktəbində Azərbaycan Rəssamlar İttifaqının təşkilat komitəsinə rəhbərlik etmişdir. 30-cu illərdə tarixi-məişət müvzularında dinlə bağlı rəsm əsərlərində xalqın taleyini real tərzdə əks etdirirdi. "Kühnə Bakının tipləri" adlı seriya əsərlərində o, Azərbaycanla bağlı gürüşlərini ifadə etməyə nail olmuşdur. Büyük Vətən müharibəsi illərində satirik təbliğat plakatları antifaşist karikaturaları çəkməklə karikaturaçı rəssam olduğunu bir daha sübuta yetirmişdir. Uzun bir yaradıcılıq düvrü keçən rəssamın anma günündə İradə Əzimova onu da bildirdi ki, onun "Molla Nəsrəddin" jurnalındakı fəaliyyətini Cəlil Məmmədquluzadənin üzərinə gütürdüyü yüklə müqayisə etmək olar. Bu baxımdan ki, Cəlil Məmmədquluzadə xalqın taleyini qələmə aldığı satirik ruhlu publisist nümunələrdə əks etdirirdisə, Əzim Əzimzadə isə fırçanın küməyi ilə, məhz bu işin ühdəsindən layiqincə gəlirdi. Cəlil Məmmədquluzədinin demək istədikləri karikatura əsərlərində üz əksini tapırdı. İradə xanım Əzim Əzimzadənin "Molla Nəsrəddin" jurnalındakı fəaliyyətindən süz açmaqla yanaşı, sonrakı illərdə onun yetirmələri olan karikaturaçıların yaradıcılığına satirik jurnalların nəşrinə diqqəti yünəltdi. 1931-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşri dayandırıldıqdan sonra Azərbaycan mətbuatının satira-karikatura sahəsində büyük bir boşluq yarandı bu hal 1952-ci ilə kimi davam etdi. Həmin il "Kirpi" jurnalı nəşrə başladı. Onu da vurğulayım ki, "Molla Nəsrəddin" jurnalı çap olunduqdan sonra Azərbaycanda "Bəhlul", "Zənbur", "Leylək", "Məzəli" digər satira karikatura jurnalları nəşr olunmuşdur. "Molla Nəsrəddin" jurnalı tarixi bir hadisəyə çevrilmiş onun davamçıları müvcud ənənələri qoruyub-saxlayaraq, daha geniş bir şəkildə inkişaf etdirməyə çalışmışlar. İradə xanım çıxışının sonunda onu da qeyd etdi ki, bu gündən etibarən Əzim Əzimzadənin ev-muzeyi bütün karikaturaçı rəssamların üzünə açıqdır. Bu ev karikaturaçıların ikinci evi hesab edilə bilər. Tədbir sərgilərin keçirilməsində muzey yaradıcı şəxslərə bacardığı qədər küməklik güstərəcəkdir. Tədbirdə Bakı şəhər mədəniyyət idarəsinin rəisi Həsənağa Qurbanov çıxış edərək, büyük sənətkarın anım günündə onun Azərbaycan karikatura sənətinə gətirdiyi nailiyyətlərdən ziyalı kimi fəaliyyətindən danışdı. 1880-ci ildə dünyaya gələn Əzim Əzimzadə 63 il ümür yaşamışdır. "Molla Nəsrəddin" jurnalında fəaliyyətə başlayarkən onun 26 yaşı olmuş, gənc bir ziyalı kimi üzərinə düşən yükün ühdəsindən layiqincə gəlmişdir. Satirik ruhlu qələmi ilə "İnnabi rəng bizə məxsusdur", "İnqilaba qədərki Bakı tipləri", "Kasıb evində Ramazan", "Varlı evində Ramazan", "Arvad toyu", "Varlı evində toy", "Qurban bayramı", "Vətən", "Səbrin sonu" kimi əsərlərində Əzim Əzimzadə milli adət-ənənələri yaşadığı zamanın real mənzərəsini əks etdirməyə nail olmuşdur. Məhz bu baxımdan, əsərlərin klassikliyini qoruyub saxlamışdır. Anma mərasimində Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin muzey işinin təşkili şübəsinin əməkdaşı Əli İsmayılov, "Kirpi" jurnalının əməkdaşı Hafiz Nəsiroğlu, aktyor Ramiz Əzizbəyli başqaları çıxış edərək, Əzim Əzimzadənin yaradıcılığından, "Molla Nəsrəddin" jurnalının yaranma tarixindən, inkişaf mərhələlərindən danışaraq, məxsusi fikirlərini ifadə etdilər. Tədbirdə respublikanın xalq artisti, xanəndə Ağaxan Abdullayev musiqi nümrələri ilə çıxış edib anım mərasiminə xoş bir əhvali-ruhiyyə bəxş etdi. Onu da qeyd edim ki, tədbirdə Mirzə Ələkbər Sabirin satirik qələminin məhsulu olan şeirlərdən parçalar da süylənildi.

 

Səs.-2007.-6 aprel.-S.12.