Telman M.

Molla Nəsrəddin” ənənəsinə ehtiram

 

Bu günlərdə Mədəniyyət Turizm Nazirliyi, Rəssamlar İttifaqı Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə S.Bəhlulzadə adına Sərgi Salonunda "Molla Nəsrəddin" jurnalının ilk sayının işıq üzü görməsinin 101-ci ildönümü münasibətilə "Azərbaycan karikaturası dünən bu gün" mövzusunda sərginin açılışı olmuşdur. Sərgidə onlarla klassik müasir sənət əsərləri nümayiş etdirilirdi. Tədbiri açan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov dedi:
- Müasir rəssamların bu janra müraciət etmələri sevindirici haldır. Məlumdur ki, karikatura ciddi sənət əsəridir təsir gücünə malikdir.Bizim borcumuzdur ki, Mirzə Cəlilin məşhur jurnalı "Molla Nəsrəddin"in ənənəsini yaşadaq, neqativ hallara sənət vasitəsi ilə münasibətimizi bildirək. Bu sərgi məhz belə nəcib məqsəd üçün təşkil edilib.
Görkəmli heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov dedi ki, karikatura əsərləri təkcə güldürmək üçün yox, həm düşündürmək üçün yaradılır. Ölkəmizdə bu sənəti inkişaf etdirməklə yanaşı, onun beynəlxalq səviyyədə təbliğinə çalışmalıyıq.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə çıxışında sərgiyə gələn tamaşaçılara, sənətsevərlərə minnətdarlığını bildirib, karikatura sənətinin inkişafı üçün belə tədbirlərin vacibliyindən danışdı. O, dedi: "Mədəniyyətə, incəsənətə göstərdiyi diqqət qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə, Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə həmkarlarım öz adımdan təşəkkürümüzü bildiririk".
Tədbirdə iştirak edən Mədəniyyət Turizm Nazirliyinin məsul işçisi Leyla Axundzadə sərgidən aldığı xoş təəssüratdan məmnun olduğunu bildirib, karikaturaçı rəssamlara uğurlar arzuladı. O, çıxışında xüsusi vurğuladı ki, Mədəniyyət Turizm Nazirliyi bundan sonra da onların yaradıcılıqları üçün köməyini əsirgəməyəcək.
Sonra karikatura sənətində qazandıqları uğurlara ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etdiklərinə görə bir neçə rəssama - Y.Əsədova, B.Qasımova, B.Qasımxanlıya, E.Mirzəyevə, V.Allahverdiyevaya, S.Cəfərliyiə mükafatlar verildi.

Azərbaycan
.-2007.-10 aprel.-S.7.