Turanə

Azərbaycanlı karikaturaçı beynəlxalq müsabiqədə I yerə layiq görülüb

Karikaturaçı Rəssamlar Birliyinin sədri, rəssam Bayram Hacızadə Kubada keçirilən Latın Amerika ölkələri Jurnalistlər Birliyinin təşkil etdiyi XV beynəlxalq karikatura müsabiqəsində I yerə layiq görülüb. Bayram Hacızadənin sözlərinə görə, müsabiqədə iştirak edən rəssam Bulud Qasımovun əsəri isə xüsusi mükafata layiq görülüb. Birlik rəhbəri onu da bildirib ki, karikaturaçı rəssamlarımız Suriyada keçirilən III beynəlxalq karikatura müsabiqəsinə qatılıblar. 57 ölkədən 300-ə yaxın rəssamın iştirak etdiyi müsabiqədə ümumilikdə 1071 əsər sərgilənib. Müsabiqədə ölkəmizi Birliyinin 12 üzvü təmsil edib. Bayram Hacızadənin əsəri isə xüsusi mükafatla təltif olunub.

Karikaturaçılarımız gələn ay daha bir müsabiqədə iştirak edəcəklər. Belə ki, rəssamlarımızın bu dəfəki səfəri qardaş Türkiyəyədir. Bu dəfə onlar ölkəmiziAydoğankarikatura müsabiqəsində təmsil edəcəklər. Karikaturaçı rəssamlarımızın həm   Xorvatiya Almaniyada təşkil olunacaq beynəlxalq müsabiqələrdə iştirakı nəzərdə tutulub.

Yeni Azərbaycan.-2007.-25 aprel.-S.8.