Fransa səfirliyinin dəstəyi ilə kataloq çap edilib

 

Fransanın ölkəmizdəki səfirliyinin Azərbaycan-Fransa Beynəlxalq Dostluq Cəmiyyətinin dəstəyi ilə CBS mətbəəsində gənc rəssam Asiyat Fətullayevanın fotoəsərlərinin kataloqu buraxılıb.  Yeni nəşrdə məlumat verilir ki, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş, Azərbaycan Rəssamlar İttifaqının TURKSOY Fotoqraflar İttifaqının üzvü Asiyat Fətullayevanın əsərləri 2001-2007-ci illərdə gənc rəssamların Bakı, Tiflis, Moskva, İstanbul şəhərlərində keçirilən sərgilərində nümayiş etdirilib. "Adət-Ənənə Müasirlik", 2-ci beynəlxalq fotoqrafiya müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Bu il Bakıda A.Fətullayevanın "Bizim rəngli dünyamız" adlı fərdi sərgisi açılıb. Moskvada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində əsərləri nümayiş etdirilib. Kataloqda rəssamın 40-dan çox əsəri çap olunub.

 

Yaddaş.- 2007.- 12 aprel.- S. 13.