Azərbaycanda yapon mədəniyyətinə aid əsərlər azlıq təşkil edir

 

Alimlər bu iki ölkə mədəniyyətlərinin oxşarlığına şübhə etmirlər

 

Dünən İlyas Əfəndiyev adına Ədəbi-Bədii Xeyriyyə Fondunda "Tomodaçi" Yapon Mədəniyyəti Mərkəzinin təşkilati dəstəyi ilə "Dünya mədəniyyəti kontekstində Azərbaycan Yaponiya mədəniyyətləri" mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Əbülfəz Babazadənin sözlərinə görə, dünya mədəniyyəti ilə bağlı tədbirlər gələcəkdə silsilə şəkildə keçiriləcək. "Dünya tarixində Yaponiya mədəniyyətinin özünəməxsus yeri var. Xatırlatmalıyam ki, artıq 14 ildir yapon dili ədəbiyyatı Azərbaycanın tədris planına salınıb" - deyən Ə.Babazadə bildirib ki, yapon dili ilk olaraq Bakı Asiya Universitetində tədris edilib. 2000-ci ildən etibarən isə Bakı Dövlət Universitetində (BDU) yapon dili ədəbiyyatı ixtisası açılıb.

A.Babazadə qeyd etdi ki, Azərbaycan dilində yapon mədəniyyətinə aid əsərlər azlıq təşkil edir. Bu isə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə bir qədər mane olur.

Qeyd edək ki, alimlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, Azərbaycan mədəniyyəti ilə Yaponiya mədəniyyəti arasında oxşarlıq da aşkar edilib. Məsələn, bəlli olub ki, Yaponiyada yaşayan ayn xalqı Qafqazdan köçüb. Habelə, müəyyən edilib ki, Azərbaycanda 21 mart tarixində keçirilən Novruz bayramı Yaponiyada Hiqon bayramı kimi qeyd edilir.

 

Kaspi.-2007.-25 aprel.-S.3.