Dədə Qorqud dünyası
adlı bina
Ənvər Qarayev tarixi-etnoqrafik
binanın qarşısında
ozanın heykəlinin ucaldılmasının tərəfdarıdır
Prezident İlham
Əliyevin "Dədə
Qorqud heykəli" və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılmasına dair sərəncamıyla bağlı
rəssamların təklifləri
var. Rəssamlar İttifaqı sədrinin müşaviri, Əməkdar
rəssam Ənvər
Qarayevin sözlərinə
görə, kompleksin yaradılması üçün
müsabiqə keçirilməsi
zərurəti meydana çıxıb. Onun fikrincə,
müsabiqənin
qalibinə və ya qaliblərinə bu layihələrin həyata keçirilməsinin
həvalə olunması
məqsədəuyğun olardı.
Rəssamlar İttifaqının əməkdaşı
Dədə Qorqudun simasının əks olunması ilə bağlı bütün türk rəssamları arasında sərgi keçirilməsini də
təklif edir. O xatırladır ki, mərhum prezident Heydər Əliyev Azərbaycanda belə layihə həyata keçirirdi. Rəssam deyir ki, yarımçıq
qalmış layihəni
bütün türk rəssamları arasında
davam etdirmək lazımdır. Müsahibim
əldə olunan ən yaxşı əsərlərin Dədə
Qorqudun tarixi-etnoqrafik kompleksində sərgilənməsini
məqsədəuyğun hesab
edir.
Ə.Qarayev bu qənaətdədir
ki, "Dədə Qorqud dünyası" adlı tarixi-etnoqrafik bina yaradılsa, çox maraqlı olar: "Bina elə qurulmalıdır ki, bura daxil
olan insan özünü Dədə
Qorqudun zamanına düşdüyü kimi hiss etsin. Mən
belə binanın tikilməsini və binanın qarşısında
onun heykəlinin ucaldılmasını təklif
edərdim. Binanın içi Dədə Qorqud dövrünü xatırlatmalıdır. O dövrün
insanlarını əks
etdirən manikenlər,
çadırlar qurulmalıdır.
Dədə Qorqudun
heykəlində isə
mərdlik, mübarizlik,
nur hiss olunmalıdır
Kaspi.-2007.-13 aprel.-S.17.