Mövsümova S.
Bəhlul Danəndə,
Molla Nəsrəddin, Abdal Qasım və Ayrım Tağıya
heykəl qoyula bilər
Ötən gün Muzey
Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi,
Karikaturaçı Rəssamlar Birliyi və "Mozalan"
satirik kino jumalının dəstəyilə təşkil
olunan sərginin açılışı oldu. Sərgi
"Mozalan" studiyasının yenidən bərpası
münasibətilə start götürdü. Məlum olduğu
kimi Mədəniyyət və Turizm Nazirliyini “Mozalan”
studiyasının yenidən fəaliyyət
göstərməsi və studiyanın güclü
istiqamətdə fəaliyyət göstərməsi
səbəbindən rəhbərliyi yeniləşdirib.
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev qeyd edib ki,"
Mozalan" satirik kinojurnalı 1971-ci ildə yaradılıb. Kinojurnal
sovet hakimiyyəti dövründə fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycanın
ənənələrini qoruyub saxlamağa qadir olub. Sovet
dövründən əvvəl də Azərbaycanda Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və
digər molla nəsrəddinçilərin yetişdiyini
xatırladan nazir "Mozalan" satirik studiyasına
nöqsanları sağlam tənqidlə göstərməyi
tövsiyə edib: "Ayrı-ayrı fərdlərin
fəaliyyətində tənqid olunası məqamlar var. Cəmiyyət
onlara gülərək baxanda özünü sağalda bilir
və həmin nöqsanlardan daha rahat imtina edir. Xırda
səhvlərin dərin kök salaraq gələcəkdə
daha da böyüməsi pis haldır. Amma tənqid
etməklə yanaşı, tövsiyələr vermək qabiliyyəti
də olmalıdır".
Nazir deyib ki, yaxın vaxtlarda ölkə başçımız tərəfindən imzalanmış "Kinomatoqrafiyanın inkişafı" proqramının da bu sahənin inkişafına təkan verəcək. "İşlər yalnız başlanğıcdadır"- deyən nazir digər studiyalarımızın da işləməsi üçün maraqlı layihələr hazırlandığını söylədi. Tədbir zamanı nazir Azərbaycan cəmiyyətinə yeni gülüş, yeni baxış və yeni müstəqillik dövrünə aid olan bir sərginin gələcəkdə arzuladığını da diqqətə çatdırdı. Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, Mədəniyyət və Turizm Nazirliyi bütün memarlıq komplekslərinin təhlilini aparır. Yeni yaradılacaq abidələrin həm zahiri görünüşü, həm mahiyyəti dərindən təhlil edilib, təkliflər verilməlidir. Azərbaycanın görkəmli satiriklərinin, onların əsərlərinin baş qəhrəmanlarının, hətta musiqi alətlərimizin belə abidə və heykəllərinin yaradılması mümkündür: "Biz bu haqda düşünürük. Hazırlanan həmin topluda bu təkliflər nəzərdə tutulur".
Nazir qeyd edib ki, ildə altı-yeddi ölkədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. "Mədəniyyət günləri" bu il mayda Belarusiya və Moldovada olacaq. Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İranda isə həmin tədbirlər bu ilin payızında keçiriləcək.
Karikaturaçı Rəssamlar
Birliyinin sədri Bayram Hacızadənin sözlərinə görə,
sərgidə 100-ə
yaxın rəssamın
200-ə yaxın əsəri nümayiş
olunub: "Maraqlı fakt odur ki,
sərgidə "Mozalan"ın mövzuları ilə rəssamlarımızın
baxışları üst-üstə düşür.
Bu da ondan
irəli gəlir ki, hədəflərimiz eynidir. Gəmiyyətdə
baş verən neqativ hallar, əyintilər və sair nöqsanlara baxışımız, bunlara
qarşı mübarizə
silahımız eynidir.
Burada müxtəlif dövrlərdə məhz
“Mozalan”ın
ilk buraxılışından
bugünkü zaman kəsiyində rəssamlarımızın
nümayiş və çap olunan əsərləri göstərilir
ki, burada da sovet və
son dövrlər əks olunub. Bu yaxınlarda Şəki İcra Hakimiyyəti ilə birlikdə mayın birinci yarısında
karikatura sərgisinin nümayişini gözləyirik.
Sərgi karikaturanın
inkişafına və
təbliğinə həsr
olunan tədbirdir".
Paritet.- 2007.- 21-23 aprel.- S. 11.