Şair Zeynal Cabbarzadənin memorial barelyefinin acılışı olmuşdur

 

Aprelin 27-də görkəmli şair Zeynal Cabbarzadənin Bakı şəhərində uzun illər yaşayıb-yaratdığı ünvanda (Puşkin küçəçi, 12) memorial barelyefinin açılış mərasimi olmuşdur. Tədbiri açan Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin vaxtilə görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi işinə böyük diqqətlə yanaşmasından danışdı bu gün həmin ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Nazir Prezident İlham Əliyevin bir müddət əvvəl imzaladığı "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial memarlıq kompleksləri haqqında" sərəncamının bu işdə mühüm rol oynayacağını da dedi. Əbülfəs Qarayev Zeynal Cabbarzadənin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının musiqisinin inkişafına böyük töhfələr verdiyini, onun yaradıcılığında vətən sevgisinin əsas yer tutduğunu diqqətə çatdırdı. Zeynal Cabbarzadə mətbuatda da öz qələmi ilə seçilmiş, istedadlı publisist olmuşdur.

Yazıçılar İttifaqının sədri Anar Milli Məclisin deputatı Rafael Hüseynov Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə tanınan Zeynal Cabbarzadənin xüsusən uşaq ədəbiyyatının inkişafında böyük xidmətlərinin olduğunu qeyd etdilər. Uzun illər "Pioner" jurnalının baş redaktoru vəzifəsində çalışmış şair öz şeirləri ilə uşaq zövqünün formalaşmasına mühüm töhfələr vermişdir. Bəstəkarlar hər zaman onun sözlərinə müraciət etmişlər. Bu gün bir çox bədii filmlərdən eşitdiyimiz mahnıların sözlərinin müəllifi Zeynal Cabbarzadədir. Onun həyatdan köçməsindən 30 il ötsə , görkəmli şair yadigar qoyub getdiyi bədii irsi ilə yaddaşlarda yaşayır.

Şairin oğlu İlqar Cabbarzadə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya və barelyefin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirdi. Sonra barelyefin üzərindən ağ örtük götürüldü, önünə tər çiçəklər düzüldü.

 

Azərbaycan.- 2007.- 28 aprel.- S. 8.