Ayxan
Əbülfəs
Qarayev Norveçdə səfərdədir
Aprelin 11-də
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Norveçin mədəniyyət və kilsə işləri
naziri Trond Giskenin dəvəti ilə bu ölkəyə rəsmi
səfər edib. APA-nın məlumatına görə,
səfər aprelin 14-də yekunlaşacaq. Nazir aprelin 11-də
Stavanger şəhərində keçən ilin noyabrında
açılmış "Karvansaray - Azərbaycanın
keçmişi və bu günü" adlı sərginin rəsmi
bağlanışında iştirak edib. Səfər
çərçivəsində mədəniyyət və
turizm naziri həmçinin Norveçin paytaxtı Osloda
görüşlər keçirəcək, bir sıra
danışıqlar aparacaq və iki ölkə arasında
mədəni əlaqələrin genişləndirilməsinə
dair görüşlər keçiriləcək. Ə.Qarayev
Norveçdən birbaşa Moskvaya gedəcək. Nazir 15-19
aprel tarixlərində Moskvada keçiriləcək
Azərbaycan mədəniyyət günlərində
iştirak edəcək.
Xalq cəbhəsi.-13 aprel.-S.13.