Fəxriyyə Xələfova münsiflər heyətinin
sədri oldu
Modelyer xanım Moskvada
keçiriləcək beynəlxalq
müsabiqəyə qatılıb
Modelyer Fəxriyyə Xələfova
Moskva şəhərinə
səfərə çıxıb.
Səfərin məqsədi
orada keçiriləcək
Milli geyimlərin XIII Beynəlxalq Yüksək Moda Müsabiqəsində
iştirak etməkdir.
Qeyd edək ki, Fəxriyyə xanım bu müsabiqə
ilk dəfə 2000-ci ildə Almatı şəhərində keçirilərkən
iştirak edib.
2003-cü ilin may ayından isə modelyer sözügedən
müsabiqənin münsiflər
heyətinin üzvüdür.
Müsabiqə təşkilatçıların
qərarı ilə Fəxriyyə xanım aprelin 13-15-i Moskva Hökumətinin Böyük
zalında keçiriləcək
XIII Beynəlxalq Müsabiqədə
münsiflər heyətinin
sədri qismində iştirak edəcək. Eyni zamanda, Fəxriyyə
xanım müsabiqənin
"Qızıl qayçı"
xüsusi mükafatı
ilə təltif olunacaq. Mayın 15-i isə müsabiqənin qala nümayişində Fəxriyyə xanımın
"Cazibə" adlanan
kolleksiyası nümayiş
etdiriləcək. Nəzərinizə çatdıraq ki, XIII Beynəlxalq Müsabiqəyə
dünyanın 8 ölkəsi,
eyni zamanda Rusiyanın Pyatiqorsk, Abakan, Samara, Ufa, Maqnitoqorsk, Altay, Krasnodar, Çerkessk, Nalçik, Perm və başqa
regionlarının da iştirakı, eyni zamanda, ictimai təşkilatların və
Moskva milli-mədəni muxtariyyətindən
20-yə yaxın kolleksiya təqdim olunacaq.
Kaspi.-2007.-14-16 aprel.-S.20.