Fəxriyyə Xələfovaya brilyant qaşlı qızıl qayçı veriblər

   Tanınmış modelyer Fəxriyyə Xələfova vətənə dönüb. O, aprelin 14-15-də Moskvada keçirilənEtno-Eratobeynəlxalq milli kostyum - yüksək moda müsabiqəsindəPeşəkarlığa görənominasiyasında mükafata - brilyant qaşlı qızıl qayçıya layiq görülüb. «Azərtac»ın məlumatına görə, tədbirin təşkilatçıları mükafatın təqdim olunması mərasimində Azərbaycan modelyerinin hər il keçirilən müsabiqədə fəal iştirak etdiyini bildirib, ona yaradıcılığında uğurlar arzulayıb.

Artıq iki ildir müsabiqənin münsiflər heyətinin üzvü olan modelyer Azərbaycanı çox parlaq və orijinalCazibədarlıqkolleksiyası ilə təmsil edib. Onun milli kostyumları Rusiya ictimaiyyəti və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Fəxriyyə xanımın sözlərinə görə, parlaq adların və istedadların kəşf olunduğu bu nadir müsabiqədə mükafat almaq, habelə əməyin qiymətləndirildiyini hiss etmək onun üçün çox xoşdur: «Hər bir insan öz karyerasında peşəkarlığın elə bir səviyyəsinə çatmağa səy göstərir ki, bu, adı ona heç də təkcə öz ölkəsində verməsinlər. Beynəlxalq mükafatlar almaq ikiqat xoşdur, onlar gələcək yaradıcılığa həvəsləndirir».

Modelyerin dediyinə görə, bu, milli kostyum mövzusunda yeganə müsabiqədir. Bu məktəbi keçən və nadir geyimlər təklif edən istedadlı modelyerlər gələcəkdə müasir meyllər ruhunda daha uca zirvələri fəth edəcəklər.

Qeyd edək ki, “Cazibədarlıqkolleksiyasında milli geyimlərimizin ən yaxşı nümunələri toplanıb. Modelyer deyir ki, onun hər kolleksiyası Azərbaycan qadınının şəninə səslənən himndir və o, füsunkar, misilsiz Azərbaycan qadını haqqında bütün təsəvvürlərini bu kolleksiya vasitəsilə ifadə edib: “Rusiya tamaşaçıları mənim Moskva podiumlarında dəfələrlə nümayiş etdirdiyim işləri bəyənirlər. Onların yüksək moda həvəskarları tərəfindən də qəbul olunması məni sevindirir”.

Xatırladaq ki, Beynəlxalq milli kostyum - yüksək moda müsabiqəsi Moskva hökumətinin himayəsi ilə, Rusiya paytaxtının regionlararası əlaqələr və milli siyasət komitəsi vəMoskva Millətlər Evidövlət müəssisəsi tərəfindən hər il təşkil olunur. Müsabiqə geyimdə milli ənənələrin dərindən öyrənilməsinə, müxtəlif xalqların mədəniyyətinə və incəsənətinə marağın formalaşdırılmasına kömək etmək məqsədi daşıyır.

Əlavə edək ki, müsabiqəyə 140-a yaxın kolleksiya təqdim olunub. MDB ölkələrinin və Rusiyanın müxtəlif regionlarından modelyerlər “Ən yaxşı slavyan kostyumu”, “Qafqaz xalqlarının ən yaxşı kostyumu”, “Ən yaxşı Şərq kostyumu”, “Şimal xalqlarının ən yaxşı kostyumu”, “Müasir kostyumda etnik motivlərvəRetronominasiyalarında yarışıblar.

 

Gündəlik Azərbaycan.-2007.-17 aprel.-S.14.