Hacızadə
A.
Azərbaycanın tanınmış
modelyeri, əməkdar
incəsənət xadimi
Fəxriyyə Xələfova
aprelin 14-15-də Moskvada keçirilən
"Etno-Erato" beynəlxalq
milli kostyum yüksək moda müsabiqəsində "Peşəkarlığa
görə" nominasiyasında
mükafata - brilyant qaşlı qızıl qayçıya layiq görülmüşdür. Tədbirin təşkilatçıları mükafatın təqdim olunması mərasimində
Azərbaycan modelyerinin
hər il keçirilən müsabiqədə
fəal iştirak etdiyini bildirmiş, ona yaradıcılığında
uğurlar arzulamışlar.
Fəxriyyə Xələfova
demişdir ki, bu mükafat onu ən yüksək
beynəlxalq mükafatlar
qazanmağa ruhlandıracaqdır.
Artıq iki ildir müsabiqənin münsiflər heyətinin
üzvü olan Fəxriyyə Xələfova
Azərbaycanı çox
parlaq və orijinal "Cazibədarlıq"
kolleksiyası ilə təmsil etmişdir. Onun milli kostyumları
Rusiya ictimaiyyəti və xarici qonaqlar tərəfindən
böyük maraqla qarşılanmışdır.
Moda nümayişindən
sonra F.Xələfova demişdir: "Parlaq adların və istedadların kəşf olunduğu bu nadir müsabiqədə mükafat almaq, habelə əməyin qiymətləndirildiyini hiss
etmək mənim üçün çox xoşdur. Əlbəttə,
hər bir insan öz karyerasında
peşəkarlığın elə bir səviyyəsinə
çatmağa səy
göstərir ki, bu adı ona
heç də təkcə öz ölkəsində verməsinlər.
Beynəlxalq mükafatlar
almaq ikiqat xoşdur, onlar gələcək yaradıcılığa
həvəsləndirir.
Bu, milli kostyum mövzusunda yeganə müsabiqədir.
Bu məktəbi keçən və nadir geyimlər təklif edən istedadlı modelyerlər gələcəkdə müasir
meyillər ruhunda daha uca zirvələri
fəth edəcəklər.
"Cazibədarlıq" kolleksiyasında Azərbaycan
milli geyimlərinin ən yaxşı nümunələri toplanmışdır.
Mənim hər kolleksiyam Azərbaycan qadınının şəninə
səslənən himndir,
füsunkar və misilsiz Azərbaycan qadını haqqında bütün təsəvvürlərimi
bu kolleksiya vasitəsilə ifadə etmişəm. Rusiya tamaşaçıları mənim
Moskva podiumlarında dəfələrlə nümayiş
etdirdiyim işlərimi
bəyənirlər. Onların
yüksək moda həvəskarları tərəfindən
də qəbul olunması məni sevindirir".
Beynəlxalq milli kostyum yüksək moda müsabiqəsi Moskva hökumətinin himayəsi
ilə Rusiya paytaxtı regionlararası
əlaqələr və
milli siyasət komitəsi və "Moskva Millətlər Evi" dövlət müəssisəsi tərəfindən
hər il təşkil olunur. Müsabiqə geyimdə milli
ənənələrin dərindən
öyrənilməsinə, müxtəlif xalqların
mədəniyyətinə və
incəsənətinə marağın
formalaşdırılmasına kömək etmək məqsədi daşıyır.
İndiki müsabiqəyə
140-a yaxın kolleksiya
təqdim olunmuşdu.
MDB ölkələrinin və
Rusiyanın müxtəlif
regionlarından modelyerlər
"Ən yaxşı
slavyan kostyumu",
"Qafqaz xalqlarının
ən yaxşı kostyumu", "Ən yaxşı Şərq kostyumu", "Şimal xalqlarının ən yaxşı kostyumu",
"Müasir kostyumda
etnik motivlər" və "Retro" nominasiyalarında yarışmışlar.
Azərbaycan.- 2007.- 17
aprel.- S. 8.