Ayxan                            

 

Əyalətdə “Mən insanam çağırışı”

Cənubi Qafqaz Sülh və İnsan Hüquqları Kinofestivalına start verildi

 

Bu gündən Açıq Cəmiyyət İnstitutunun Gürcüstan nümayəndəliyinin və Henrix Bell adına Alnıan Fondunun təşkilatçılığı ilə Azərbaycanda "Mən insanam" adlı Cənubi Qafqazın Sülh və İnsan hüquqları Kinofestivalı işə başlayır. Festival 10 gün davam edəcək. Bu nıüddət ərzində hər gün Sumqayıt, Göyçay və Lənkəranda 2 film nümayiş etdirilməklə insan haqlarına həsr olunan "Bir dünya" Praqa Kinofestivalının laureatı olan 6 film nümayiş etdiriləcək.

Bu barədə dünən "Caz-klub"da keçirilən mətbuat konfransında layihənin koordinatoru xanım Kerstin Hikkiq məlumat verdi.

K.Hikkiqin sözlərinə görə, Cənubi Qafqazın 25 şəhərini əhatə edəcək, münaqişə tərəfləri arasında münasibətlərin loyallaşdırılması məqsədilə keçiriləcək kino-festival çərçivəsində konsertlər, o cümlədən, uşaqlar arasında sülh mövzusunda keçiriləcək müsabiqənin qaliblərinin əsərlərindən ibarət sərgilər təşkil olunacaq: "Biz özümüzlə filmlərin səyyar nümayişi üçün avadanlıqları götürülüb, bölgə-bölgə gəzib insanları digər ölkələrdə də münaqişələrin baş verdiyini, onları zorakılıqdan uzaq olmağa, sülhə çağırmaq məqsədilə bu filmləri göstərəcəyik. Sonra bu filmlər ətrafında müzakirələr təşkil olunacaq. Bu filmlər insanlara İsraildə, Kanbocada törədilən vəhşiliklər barədə məlumat verəcək. Mənə elə gəlir ki, yaxşı filmə baxmaqla boyük həyat təcrübəsi əldə etmək olar, nəinki turist kimi gəzməklə".

Daha sonra tədbirdə kinofestivalın Göyçaydakı təşkilatçısı, Şirvan insan Haqları və İşkişafı Resurs Mərkəzinin rəhbəri Teyyub Mirqasımov çıxış etdi. O, aprelin 25-dən 27-dək adıçəkilən rayonda keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışdı. Əvvəllər kinofestivalların paytaxt və mərkəzi şəhərlərdə keçirildiyini qeyd edən T.Mİrqasımov artıq bölgələrin belə layihələrə cəlb edilməsinin vaxtının çatdığını vurğuladı: "Bizim festivalın təşkilat komitəsinin elan etdiyi müsabiqəyə qoşulmağımızda əsas məqsədimiz bölgələrdə zorakılığın, insan haqlarının pozulmasının qarşısını almaqda yardımçı olacaq bu kimi tədbirlərin keçirilməsini intensivləşdirməkdir".

Festivalda aşağıdakı filmlər nümayiş etdiriləcək; "Mənim terrorçum" (İsrail istehsalı, kinorejissor Yuli Koen Qertsel), "Düşmən obrazı" (Fransa, rejissor Mark Deniels), "Qaranlıqdan işığa doğru uzun yol" (ABŞ, rejissor Frensis Reid, Debora Xofman), "C-21: Qırmızı kxmerlər-öldürücü maşın" (Fransa, rejissor Riti Pan), "Nəzarətçi keçid məntəqəsi" (İsrail, rejissor Yoav Şamir), "Bir dəfə istifadə edilən qəhrəmanlar" (Albaniya, Bosniya, Hersoqovina, Serbiya, Çernoqoriya).

 

Ekspress.- 2007.- 21-23 aprel.- S. 20.