Çıxış iki nominasiyada mükafata layiq görülüb
Sankt-Peterburqda keçirilən
beynəlxalq film festivalında
Rejissor Nəsimi Əliyevin “Çıxış” sənədli
filmi Sankt-Peterburqda keçirilən “Yaşamaq
gözəldir” adlı
beynəlxalq film festivalında
iki nominasiyada xüsusi mükafata layiq görülüb. Rejissorun APA-ya
verdiyi məlumata görə, festivalda Kanada, Hindistan, Suriya, ABŞ, Rusiya və digər ölkələr iştirak
edib. “Çıxış”
öz əsərlərini
cəmiyyətə çıxarmaq
istəyən bəstəkardan
bəhs edir. Film iyulda Sankt-Peterburqda
keçiriləcək “İnsanlara
müraciət” beynəlxalq
kino festivalına dəvət alıb.
“Çıxış” Finlandiyada keçiriləcək
film festivalında da Azərbaycanı təmsil
edəcək.
Yeni Azərbaycan.-2007.-26 aprel.-S.8.