"Əlvida,
cənub şəhəri" filmi İstanbulda uğur
qazanıb
AzərTAc xəbər
verir ki, İstanbul Mədəniyyət və
İncəsənət Fondunun təşkil etdiyi və martın
31-də başlanmış 26-cı Beynəlxalq İstanbul
film festivalına yekun vurulub. Festivalın ən çox
bəyənilən filmlərindən biri "Qafqazlardan
Aralıq dənizinədək" bölməsində
nümayiş etdirilən və 2006-cı ildə ən
yaxşı film və ən yaxşı kino musiqisi
mükafatları almış, habelə bu il Berlin Kino
Festivalında da yer tutmuş "Əlvida, cənub
şəhəri" adlı Azərbaycan filmi olub.
Quruluşçu
rejissoru Oleq Səfərəliyev olan və baş rolları
aktyorlar Fəxrəddin Manafov, Teymur Bədəlbəylinin ifa
etdikləri bu film ictimai-siyasi dəyişikliklərin insan
taleyində buraxdığı izlərdən bəhs edir. Dağlıq
Qarabağda baş verən hadisələr və bu proseslərin
fonunda yaşanan insanlıq faciəsi filmin ana xəttini
təşkil edir. Festivalda dünyanın bir çox
ölkələrinin kinematoqraflarını son illərdə
müvəffəqiyyət qazanmış ən yaxşı
əsərləri nümayiş olunub.
Palitra.- 2007.- 17 aprel.- S. 15.