Film istehsalı üzrə Ekspert Şurası yaradılıb

 

Mədəniyyət və Turizm Nazirliyi dövlət sifarişi ilə film istehsalı üzrə Ekspert Şurası yaradıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ekspert Şurası dövlət sifarişi ilə istehsal edilmək üçün studiyalar və prodüserlər tərəfindən təqdim edilən ssenarilərin (kinolayihələrin) bədii səviyyəsi və ictimai əhəmiyyəti haqqında rəy verilməsi, növbəti ilin dövlət sifarişi ilə film istehsalı planları barəsində təkiflərin hazırlanması, eləcə də perspektivdə istifadə edilmək üçün ssenari (kinolayihə) ehtiyatının formalaşdırılması məqsədilə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnaməyə uyğun olaraq yaradılır.

 

Palitra.- 2007.- 18 aprel.- S. 2.