Marinski teatrı  Sonalar gölü”nü oynadı

 

Marinski Opera Balet Teatrının Azərbaycana səfəri baş tutub. Truppa Opera Balet Teatrında "Sonalar gölü" tamaşasını böyük anşlaqla təqdim edib. Səhnə əsərində əsas rolları Rusiyanın Əməkdar artisti Alina Somova Xalq artisti İqor Kolba ifa ediblər.

Qeyd edək ki, bu il sözügedən əsərin 112 illiyi tamamlanır. Onu da bildirək ki, hər iki balet ifaçısı bir neçə beynəlxalq layihədə uğurlar əldə edib. A.Somova tamaşadan sonra Azərbaycan tamaşaçılarından böyük məhəbbət gördüyünü deyib.

 

Kaspi.-2007.-18 aprel.-S.17.